Çobansığnaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd.[2]
Çobansığnaq | |
---|---|
40°44′56″ şm. e. 45°42′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsinin Sığnaq dağında çobanların yurd yeri olmuş ərazidə salındığı üçün belə adlandırılması ehtimal olunur. Oykonimi çobanilər tayfa adı ilə bağlayanlar da var. Kəndin adının qədim yaşayış məskəni kimi qala tikililəri ilə zəngin olan Sığnaq dağının və ərazidəki Çobandağ silsiləsinin adından olması da mümkündür.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Kiçik Qafqaz dağlarının ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 622 | 307 | 315 |
2009[5] | ↗715 | ↗371 | ↗344 |
Kənddə Çobansığnaq kənd kitabxana filialı fəaliyyət göstərir.[6]
Kənddə Vaqif Kazımov adına Çobansığnaq kənd tam orta məktəbi fəaliyyət göstərir.[7][8]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Çobansığnaq tibb məntəqəsi yerləşir.[9]