. Love.az

Copurlu - Wikipedia - Love.az

Ana Səhifə - Copurlu

Çopurlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kənd inzibati ərazi dairəsində kənd.[1]

Çopurlu
40°15′08″ şm. e. 46°06′30″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Çopurlu xəritədə
Çopurlu
Çopurlu

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Yaylaqlar
  • 3 Bulaqlar
  • 4 Məşhur yerlər
  • 5 İstinadlar

Tarixi

redaktə

Kənd Lev çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Çopur Hüseynlidir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Daşkəsən rayonunun Qabaqtəpə kəndindən köçmüş Çopur Hüseyn adlı şəxs saldığına görə belə adlandırılmışdır. Qazax rayonunun Qaymaqlı kəndində çopurlular tayfası qeydə alınmışdır. Bu səbəbdən oykonimin etnotoponim olması da mümkündür.[2][3]

Azərbaycan SSR-nın 1977-ci il üçün tərtib olunmuş inzibati bölgüsünə görə, Çopurlu kəndi Kəlbəcər rayonunun Lev kənd Sovetinin tərkibində idi.[4]

Çopurlu kəndi bir müddət Qızılqaya və Yuxarı Oratağ kəndləri ilə birlikdə Qızılqaya kənd inzibati ərazi dairəsinin tərkibində idi. O zamanlarda Qızılqaya kənd inzibati ərazi dairəsi Kəlbəcər rayonunun tərkibində idi.[5] Ağdərə rayonu bərpa olunanda[6], Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsinin tərkibindəki Qızılqaya və Yuxarı Oratağ kəndləri Ağdərə rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Qızılqaya kənd inzibati ərazi dairəsi isə Kəlbəcər rayonunun tabeliyindən Ağdərə rayonunun tabeliyinə verilmişdi[7].

Hal hazırda Qızılqaya kənd inzibati ərazi dairəsinin tərkibində Qızılqaya və Yuxarı Oratağ kəndləri var, və bu kənd inzibati ərazi dairəsi Ağdərə rayonunun tərkibindədir. Çopurlu kəndi isə Lev kəndi ilə birlikdə Kəlbəcər rayonunun Lev kənd inzibati ərazi dairəsinin tərkibindədir.[8]

Yaylaqlar

redaktə

Ağçınqıl yurdu, Sünnət yurd, Məliyin yurdu, Xandüz yurdu, Qaraboyun yurdu.

Bulaqlar

redaktə

Ağ bulaq, Portport bulaq, Soyuq bulaq, Qırxbulaq, Sarı bulaq.

Məşhur yerlər

redaktə

Təkdam, Yalyeri, Armudluq, Çınqılın başı, Babamın cili, Gülalı yeri.[3]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007
  3. ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
  4. ↑ Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (DÖRDÜNCÜ NƏŞRİ). Bakı: Azərnəşr. Tərtib edənlər: Ç. H. İbrahimov və S. A. Melnikov. Redaksiya heyəti: A. M. İsayev, B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. 1979. Səhifələr: 1, 57–58.
  5. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  6. ↑ "Алиев подписал закон о создании Агдеринского района". Интерфакс—Азербайджан. 2023-12-27. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  7. ↑ "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2025-03-19.
  8. ↑ Sitat səhvi: Yanlış <ref> teqi; :0 adlı istinad üçün mətn göstərilməyib
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çopurlu&oldid=8077377"
LOVE.AZ