. Love.az

Coxtirajli Qezet - Wikipedia - Love.az

Ana Səhifə - Coxtirajli Qezet

Çoxtirajlı qəzet — Sovet dövründə istehsalat və Ali təhsil müəssisələrində, kolxozlarda nəşr edilən qəzet növü.

"İpəkçi" qəzetinin 1-ci sayının üz səhifəsi.

SSRİ-də ilk fabrik-zavod qəzetləri 1922-1925-ci illərdə çap olunmağa başlamışdı. 1933-cü ildə isə artıq 2734 fabrik-zavod qəzeti çap olunurdu. "Çoxtirajlı qəzet" termininin mənası isə əslində bu deməkdir ki, divar qəzeti çap maşını vasitəsilə çox tirajla çap olunur[1]. SSRİ-dövründə Azərbaycan SSR-də nəşr edilən ilk çoxtirajlı qəzetlərdən biri isə indiki Şəki şəhərindəki İpək kombinatının "İpəkçi" qəzeti idi. 1933-cü ildə nəşrə başlayan "İpəkçi" qəzetinin fəaliyyəti hal-hazırda da davam edir.

İstinadlar

redaktə
  1. ↑ Многотиражная печать (Яндекс.Словари). [ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çoxtirajlı_qəzet&oldid=7606242"
LOVE.AZ