. Love.az

Cuxadar Ehmed Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Cuxadar Ehmed Pasa

Çuxadar Əhməd Paşa (ö. 1618) — Osmanlı sultanı I Əhmədin dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Çuxadar Əhməd Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1618
Fəaliyyəti dövlət rəsmisi
Həyat yoldaşı Fəxriyə Sultan

Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmiş, 1612-ci ildə baş çuxadar, ardından has odabaşı olmuşdur. 1613-cü ildə yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. Ancaq həmin ilin sonlarında anidən vəzirliyə yüksələrək Rumeli bəylərbəyi olmuş, Sultan Muradın qızlarından Fəxriyə Sultanla nigahlanmışdır. Bir müddət sonra vəzifədən alınsa da, 1616-cı ildə yenidən Rumeliyə təyin olunmuşdur. 1617-ci ildə Şam bəylərbəyi olsa da, ertəsi il vəzifədən alınmış, çox keçmədən 1618-ci ildə vəfat etmişdir.

Mənbə

redaktə
  • Sicill-i Osmani I cild, səh. 220

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çuxadar_Əhməd_Paşa&oldid=6909689"
LOVE.AZ