. Love.az

Cxol Con - Wikipedia - Love.az

Ana Səhifə - Cxol Con

Çxol Çon (əsl adı; təxəllüsü Sonqan; 6 dekabr 1536[1], Seul – dekabr 1593[1]) — Koreya şairi, siyasi xadimi. Yüksək dövlət vəzifələri tutmuş, lakin dəfələrlə təqib və sürgün olunmuşdur. Xanmun dilində (Çin yazılı dilinin koreyalaşdırılmış forması) 7 clidlik nəzm və nəsrəsərinin ("Sonqan çip"), Koreya dilində şer məcmuəsinin ("Soqan kasa") müəllifidir. Kasalarında (lirik poemalar) doğma təbiət gözəlliklərinin tərənnümü ilə yanaşı, avtobioqrafik motivlər, saray çəkişmələri də əksini tapmışdır.[2]

Çxol Çon
Təxəllüsü Sonqan
Doğum tarixi 6 dekabr 1536(1536-12-06)[1]
Doğum yeri
  • Seul, Çoson krallığı
Vəfat tarixi dekabr 1593[1]
Vəfat səbəbi xəstəlik
Fəaliyyəti siyasətçi, şair

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ Azərbaycan Sovet Ensiklopediyası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çxol_Çon&oldid=6483779"
LOVE.AZ