. Love.az

Omer Ibn Eli - Wikipedia - Love.az

Ana Səhifə - Omer Ibn Eli

Ömər ibn Əli (ərəb. عُمَر بن عَلیّ‎) — Ömər əl-Ətrəf kimi də tanınan, qardaşı Hüseyn ibn Əlini Kərbəlaya müşayiət edən və Aşura günü öldürülən Əli ibn Əbu Talibin övladlarından biri idi. Əli ibn Əbu Talib və Əl-Səhbə binti Rəbiənin oğludur.

Ömər ibn Əli
ərəb. عمر بن علي
Vəfat tarixi 680
Vəfat yeri
  • Kərbəla, Kərbəla mühafəzəsi, İraq
Dəfn yeri
  • İmam Hüseyn türbəsi
Atası Əli bin Əbu Talib

Soyu

redaktə

Bəzi sünni mənbələri ondan Ömər əl-Əkbər kimi bəhs etmişlər[1], onun ləqəbi Əbu əl-Qasim[2][3] və ya Əbu Həfsdir. Bəzi tarixi mənbələr onun anasının adını Rəbiə ət-Təğlibinin qızı Səhba (Ümmü Həbib) olaraq bildirmişdir[4]. Bəziləri onun adını Layla binti Məsud əd-Dərəmi kimi qeyd etmişlər. Sünni alimi əl-Fəxr ər-Razi Ömərin Əli ibn Əbu Talibin ən kiçik övladı olduğunu qeyd etmişdir[5].

Kərbəla döyüşündə

redaktə

Rəvayət olunur ki, Ömər İbn Əli Aşura günü hayqıraraq düşmənə hücum edir. O, qardaşının qatilinin üzərinə hücum edərək onu öldürür. Zeydi fəqih Əxtəb əl-Xarəzmi qardaşı Əbu Bəkr ibn Əlinin şəhadətindən sonra şəhadətini xəbər verib. Deyilənə görə, əvvəlcə atı yıxılıb, sonra ona işgəncə verilib[6].

İstinadlar

redaktə
  1. ↑ Abu 'Abd Allah Muhammad ibn Sa'd ibn Mani' al-Basri. Al-tabaqat Al-kubra. 3. Al Manhal. 2013. 14. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-08.
  2. ↑ َAli ibn Muhammad Alavi Amrī. al-Majdī fī ansāb al-ṭālibīn. 7. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-08.
  3. ↑ Al-Sayyid Ahmad b. 'Ali b. Husayn al-Husayni. Umdat al-talib fi ansab Al Abi Talib. 362. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-08.
  4. ↑ Öz, Mustafa. ALİ EVLÂDI(Children of Ali) - An article published in Turkish Encyclopedia of Islam (türk). 2. Istanbul: TDV İslâm Ansiklopedisi. 1989. 392–393. 16 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2022.
  5. ↑ al-Fakhr al-Razi. Al-Shajarat al-mubāraka fī ansāb al-Ṭālibīyya. Ayatollah Mar'ashi Najafi Library. 1998. 189. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-08.
  6. ↑ al-Muwaffaq b. Ahmad Akhtabb Khwarizm. Maqtal al-Husayn. 2. Anwar al-Huda. 1997. 28–29. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-08.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ömər_ibn_Əli&oldid=8066117"
LOVE.AZ