Ördəkli — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd.[1]
Ördəkli | |
---|---|
Ölkə |
Rayon mərkəzindən 15 km şimali-qərbdə, Arpagölün cənub-şərqində yerləşirdi. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir[2].
Toponim ördəkli türk tayfasının[3] adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erməni mənbələrində qeyd edilir ki, kənddə qarapapaqlar yaşamışdır. Onları müstəqil xalq kimi göstərirlər[4] Əslində qarapapaqlar müstəqil xalq deyil, türk tayfalarından biridir.
Onlar azərbaycanlılarn etnogenezində iştirak etmişlər.
Kənddə 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 146 nəfər, 1908-ci ildə 346 nəfər, 1914 - cü ildə 531 nəfər azərbaycanlı yaşamışdır[5]. Azərbaycanlılar 1916-cı ildə qovulmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.