Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor,[1] Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı.
Ötkəm İsgəndərov | |
---|---|
Doğum tarixi | 1955 |
Doğum yeri | |
Fəaliyyəti | aktyor |
Təhsili |
|
IMDb | ID0411234 |
Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[2]
ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır.[3]