. Love.az

Ozbekistan Qadin Milli Voleybol Komandasi - Wikipedia - Love.az

Ana Səhifə - Ozbekistan Qadin Milli Voleybol Komandasi
Özbəkistan
Reytinqdə sırası 55 (2014 yanvar ayı üçün)[1]
Konfederasiya AVC
Federasiya VNZ
Məşqçi Özbəkistan Leonid Ayrapetyants
İnternet Saytı -
Asiya və Okeaniya çempionatı
İştirakı 5 dəfə (debütü 1993-cü il)
Ən yaxşı nəticəsi 6-cı yer: 1993, 1997

Özbəkistan qadın milli voleybol komandası — Özbəkistanı qadın voleybolunda beynəlxalq arenada təmsil edən milli komanda. Komandaya Özbəkistan Voleybol Federasiyası nəzarət edir. Özbəkistan Mərkəzi Asiya ölkəsi olduğu üçün federasiyası Asiya Voleybol Konfederasiyasının tabeliyindədir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Əsas turnirlərdə qazandığı nəticələr
    • 2.1 Asiya və Okeaniya Çempionatı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tarixi

redaktə

Özbəkistan SSRİ-nin tərkibindən çıxıb yalnız 1991-ci ildə müstəqil olduğundan ölkənin idman sahəsində irəliləməsi bir qədər gec oldu. Buna qədər isə bütün idman növlərində olduğu kimi voleybolda da Özbəkistanın oyunçuları Sovet Sosialist Respublikaları İttifaqının komandalarında oynayırdı. Müstəqillik illərindən sonra da Özbəkistan voleybolçuları heç də öz milli komandalarını seçmirdilər. Ölkənin yetişdirdiyi ən güclü voleybolçulardan bəlkə də ən birinci Polina Rəhimovanın bu ölkə vətəndaşı olması ilə Azərbaycan milli komandasını seçməsi bunun bariz nümunələrindəndir.

Özbəkistanın iştirak edə bildiyi ən böyük turnir Asiya və Okeaniya çempionatıdır. Bu turnirin də yalnız dörd dəfə final mərhələsinə yüksələ bilən milli komandanın iki dəfə tutduğu altıncılıqdan başqa uğuru yoxdur. Komanda 2007 və 2009-cu illərdə müvafiq olaraq 13-cü və 12-ci yerləri tuta bilsə də, 2011 və 2013-cü illərdə final mərhələsinə belə yüksələ bilməyiblər. Bütün bunlarla belə önəmli gələcək vəd edən Özbəkistan qadın voleybolu FIVB reytinq siyahısında ilk 55-likdədir.

Əsas turnirlərdə qazandığı nəticələr

redaktə

Asiya və Okeaniya Çempionatı

redaktə
İl Təşkilatçı ölkə Nəticəsi
1991   Tailand təsnifat keçilmədi
1993   ÇXR 6-cı
yer
1995   Tailand təsnifat keçilmədi
1997   Filippin 6-cı
yer
1999   Honkonq 7-ci
yer
2001   Tailand təsnifat keçilmədi
2003   Vyetnam təsnifat keçilmədi
2005   ÇXR təsnifat keçilmədi
2007   Tailand 13-cü
yer
2009   Vyetnam 12-ci
yer
2011   Çin Respublikası təsnifat keçilmədi
2013   Tailand təsnifat keçilmədi

İstinadlar

redaktə
  1. ↑ FIVB Senior World Ranking - Women As per January 2014 Arxivləşdirilib 2022-03-08 at the Wayback Machine  (ing.)

Xarici keçidlər

redaktə
  • Özbəkistan Voleybol Federasiyasının "FİVB"nın Rəsmi Saytında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Özbəkistan_qadın_milli_voleybol_komandası&oldid=6694496"
LOVE.AZ