. Love.az

Ozcan Yeniceri - Wikipedia - Love.az

Ana Səhifə - Ozcan Yeniceri
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur.
Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023)

Özcan Yenicəri (1 yanvar 1954, Şiran, Gümüşhane ili) — Türkiyə alimi və siyasətçisi[1]

Özcan Yeniçeri
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1954(1954-01-01) (71 yaş)
Doğum yeri
  • Şiran, Gümüşhane ili, Türkiyə
Partiya
  • MHP
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Kitabları
  • 4 Mükafatları
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Ankara Ticarət və Turizm Ali Təhsil məktəbinin mühasibat uçotu fakültəsini bitirib. Uludağ Universitetində magistr dərəcəsini və Erciyes Universitetində idarəçilik ixtisasından doktorluq dərəcəsini müdafiə edib. Bir müddət orta məktəbdə ibtidai müəllim və rəhbər vəzifəsində işləyib. 1990-cı ildə Selçuk Universiteti İqtisadiyyat və İdarəçilik elmləri fakültəsində müəllim işləyib. Bir müddət Niğde Peşə Liseyinin müdiri vəzifəsinə çalışıb.

1998-ci ildə dosent oldu. Əhməd Yesevi Universitetinin Beynəlxalq münasibətlər fakültəsini təsis edib və onun rəhbəri vəzifəsini icra edib. 1999-ci ildə Ahmet Yesevi Strateji Araşdırma Mərkəzinin rəhbəri təyin edilib. Həmin ildə idarəçilik fakültəsinin professoru olub.

Ailəlidir, dörd övladı var.

Siyasi fəaliyyəti

redaktə

2011-ci ildə keçirilən seçkilərdə Milliyətçi Hərəkat Partiyası Ankara millət vəkili seçilib. Türkiyə Böyük Millət Məclisi Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının, Türkiyə-Danimarka və Türkiyə-Qazaxıstan parlamentlərarası dostluq qrupunun üzvü olub. Fransız dilini bilir.

Kitabları

redaktə

14 nəşr olunmuş kitabı var.

Mükafatları

redaktə

Prof. Dr. Osman Turan Mədəniyyətşünaslıq mükafatına layiq görülüb.

İstinadlar

redaktə
  1. ↑ "Özcan Yeniçeri kimdir, kaç yaşında nereli? İşte Özcan Yeniçeri ile ilgili merak edilenler". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-21.

Xarici keçidlər

redaktə
  • Özcan Yeniçeri İyi Parti'den neden istifa ettiğini anlatıyor
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Özcan_Yeniçeri&oldid=6908243"
LOVE.AZ