Üçüncü Ağrı üsyanı — 1930-cu ildə Ağrı dağında kürd tayfalarının qaldırdığı üsyan. 11 iyun 1930-cu ildə Türkiyə Silahlı Qüvvələri üsyanı yatırmaq üçün əməliyyata kurmanc kürdlərinin əksəriyyəti rəhbərlik edirdi. Kurmanc kürdləri dərsimlilərdən çox idi. Üsyan nəticədə yatırılmışdır.[1]
Üçüncü Ağrı üsyanı | |
---|---|
|
1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır.[2] Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır.[3] Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında[4] Birləşmiş Krallığın dəstəyi ilə[5] İhsan Nuri tərəfindən[6] Ağrı Respublikası qurulmuşdur.[7] 1928-ci ildə Ağrı Respublikasının dövlət xadimlərinin təşəbbüsü ilə tərtib edilmiş Kürdüstan bayrağı ilk dəfə istifadəyə verilmişdir.[8] 1930-cu ilin iyul ayında Saleh Omurtak öndərliyi türk qoşunları təxminən 15,000 kürdü öldürərək qətliam törətmişdir.[9][10]
Baş vermiş bu böhranı çatdırmaq istəyən Türkiyə ordusu 1 iyulda Ağrı dağını mühasirəyə almış və 7 iyul 1930-cu ildə ümumi əməliyyata start vermişdir. 25 iyulda sona çatan döyüşdə kürd liderlərin çoxusu həlak və ya həbs olunmuş, İhsan Nuri isə İrana qaçmışdır. Həbs olunanlar daha sonra Adanada edam edilmişdir.[11]