Üçüncü Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]
Üçüncü Zobucuq | |
---|---|
39°34′02″ şm. e. 47°24′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 13 iyun 2008 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 26 |
Poçt indeksi | AZ1922 |
Nəqliyyat kodu | 19 |
Xəritəni göstər/gizlə
|
Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin ərazisinə aid edilib[3].
"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 13.06.2008-ci il tarixli 643-IIIQ nömrəli Qanunla[4] Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Üçüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Həmin Qanuna əsasən Üçüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Üçüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.
Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
Üçüncü Zobucuq qəsəbəsində 2020-ci ilin fevralına olan məlumata görə 1662 nəfər yaşayır. Qəsəbədə 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili vardır.[5]
Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
2019-2020-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 745 kq barama istehsal olunub.
Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
Qəsəbədə kitabxana fəaliyyət göstərir.
Gecəgözlü Poçt Şöbəsi Üçüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1922.[6]
Qəsəbədə məktəb və uşaq bağçası fəaliyyət göstərir.
Üçüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[7]
Qəsəbədə "33 № li tam orta məktəb" fəaliyyət göstərir.[8]
Qəsəbədə tibb məntəqəsi mövcuddur.
Füzuli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |