. Love.az

Ucezyarpaq Caqqalqozu - Wikipedia - Love.az

Ana Səhifə - Ucezyarpaq Caqqalqozu

Üçəzyarpaq çaqqalqozu (lat. Xanthoceras sorbifolium) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin çaqqalqozu cinsinə aid bitki növü.

Üçəzyarpaq çaqqalqozu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Sabunağacıkimilər
Yarımfəsilə:
Çaqqalqozukimilər
Cins:
Çaqqalqozu
Növ:
Üçəzyarpaq çaqqalqozu
Beynəlxalq elmi adı
  • Xanthoceras sorbifolium Bunge, 1833
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  837861
NCBI  99658
EOL  2885841

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Arealı

redaktə

Şimali Çində, Şimali Koreyada yayılmışdır.

Botaniki xarakteristikası

redaktə

7–8 hündürlükdə ağac və ya hündür koldur. Yarpaqları növbəli düzülüşə malik olub, tək lələkvardır. 20–25 sm uzunluqda, 9–15 ədəd qarşı-qarşıya və ya növbəli düzülmüş yarpaqcığa malikdir. Yarpaqcıqlar 5 sm uzunluqda, 15 sm-ə qədər enində olub, lansetvarı, kənarı iri mişardişli, dərivarıdır. Üstdən tünd yaşıl, altdan bir qədər açıq yaşıl rəngdə olub, qıvrım tüklərlə örtülmüşdür. Sonradan bü tüklər tökülür. Çiçək qrupu sıx, çoxçiçəkli salxımlara toplanmışdır. Yarpaqlamadan əvvəl bolluca çiçəkləyir və bütün ağac çiçəklərlə örtülü olur. Kasayarpaqları 5, uzunsov, 6–7 mm uzunluqdadır, ləçəkləri 5-dir. Qaidə hissəsində erkəkcik çiçəklər qırmızımtıl, ikicinsli çiçəklər sarı ləçəklərə malikdir. Erkəkciklər 8 olub, 1,5 sm uzunluqdadır. Dişicik 3 yuvalı, 3 dilimlidir. Meyvəsi 5 sm diametrində üçbucaq yumurtavarı və ya ellipsvarı qutucuqdur. Toxumları qar rəngdə, fındıqcıqdır. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.

Ekologiyası

redaktə

Dağətəyi zonalarda yayılıb.

Azərbaycanda yayılması

redaktə

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

redaktə

Çox gözəl dekorativ ağacdır. Dağətəyi zonalarda və Kür-Araz düzənliyində suvarma şəraitində yaşıllaşdırmada geniş istifadə edilir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Üçəzyarpaq_çaqqalqozu&oldid=7972710"
LOVE.AZ