. Love.az

Uc Inqilab Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Uc Inqilab Muzeyi


Üç İnqilab Muzeyi Şimali Koreyada yerləşir. Sərgi əsas etibarilə Kim İr Senin, üç inqilabı olan ideoloji, texniki, və mədəni inqilabını sərgiləyir. Bu Rionmot-donq ərazisində yerləşir və burada həmçinin Çuçxe ideologiyasının digər ideyaları olan ağır sənaye, mədəniyyət və kənd təsərrüfatı göstərilir.[1] Mərkəzi bina Saturn planeti formasında halqa daxilində tikilmişdir. Kompleksdə 6 müxtəlif mövzuda sərgi var ki, bunlara Şimali Koreyanın elektronik, ağır sənaye, kənd təsərrüfatı, sinif təhsili və texnologiya daxildir.[2]

Muzeyin xarici görünüşü

Muzeyin həyətində həmçinin Şimali Koreyada istehsal olunan maşınlar sərgilənir.[3]

Şimali Koreyada mədənçilik sərgisi

Tarix

redaktə

Muzey ilk dəfə 1946-1956-cı illərdə müvəqqəti olaraq sənaye və kənd təsərrüfatı sərgisi kimi fəaliyyət göstərmiş və sonradan inkişaf edərək 1983-cü ildə Üç İnqilab Muzeyinə çevrilmişdir. Bundan başqa 1993-cü ildə muzeydə təmir işləri aparılmışdır.

İstinadlar

redaktə
  1. ↑ Democratic People's Republic of Korea - Museums( Arxivləşdirilib aprel 3, 2013, at the Wayback Machine)
  2. ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  3. ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Üç_İnqilab_Muzeyi&oldid=6694660"
LOVE.AZ