Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Üç yoldaş (alm. Drei Kameraden) — Erix Mariya Remark tərəfindən 1937-ci ildə yazılmış roman.
Üç yoldaş | |
---|---|
alm. Drei Kameraden | |
![]() | |
Müəllif | Erix Mariya Remark |
Orijinalın dili | Alman |
Ölkə | |
Orijinalın nəşr ili | müharibə romanı |
Nəşriyyat | Little, Brown and Company |
Hadisələr təqribən 1928-ci ildə Almaniya cərəyan edir. Üç yoldaş Robert Lokamp (Robbi), Otto Kester və Qottfild Lens kiçik avtotəmir emalatxanasına malikdirlər. Baş qəhrəman - avtomobil mexaniki olan Robbi, Patrisiya Holman (Pat.) adlı gözəl bir qızla tanış olur. Müxtəlif zümrələrin nümayəndələri və müxtəlif talelərə malik olmalarına barxamayraq, Robbi və Pat bir-birinə aşıq olurlar. Romanda onların məhəbbətinin inkişafı, həmin illərin böhranının fonunda təsvir edilir.
"Üç yoldaş" romanı "itirilmiş nəsil" mövzusunun davamıdır. Müharibənin dəhşətlərini görmüş insanlar, heç cürə keçmişin qarabasmalarından azad ola bilmirlər. Hərbi xatirələr daim baş qəhrəmana əzab verir. Uşaqlıq illəri aclıq dövrünə təsadüf etmiş və o öz sevimlisini itirmişdir. Məhz hərbi keçmiş bu üç dostu sıx birləşdirmişdi. Onlar dostluq xatirinə hər bir addıma hazır idilər.