Üçoğlan — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.[3]
Üçoğlan | |
---|---|
40°05′34″ şm. e. 47°02′49″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Qarabağ iqtisadi rayonu |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0246[1] |
Kənd ərazisində aşağıdakı tarixi obyektlər yerləşir:
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" 7 dekabr 1999-cu il tarixli 771-IQ nömrəli Qanuna əsasən Kənddə Ağdam rayonunun Üçoğlan bələdiyyəsi təşkil edilmişdir.
Bələdiyyənin ilk Nizanaməsi onun 2000-ci il 14 dekabr tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə, ikinci Nizmanaməsi isə 20.10.2016-cı il tarixli 10 nömrəli Qərarı ilə[5] qəbul edilmiş, Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin 14.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarı[6] ilə isə ləğv edilmişdir.
Ağdam raynunun Üçoğlan bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[7] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[8] ilə Ağdam rayonunun Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Ağdam rayonunun Alıbəyli bələdiyyəsi təşkil edilib, onun 2005-ci il 10 fevral tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Nizamnaməsi qəbul edilib, həmin Nizmanamə Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin 14.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə ləğv edilib[6].
7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə, 3,2 milyon manat ayrılmışdır.[9]
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[10] uyğun olaraq, Üçoğlan Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
18.11.2025-ci il tarxili 50-VIIQ nömrəli Qanunun[11] 7.1-ci bəndinə əsasən: "Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi" yaradılmışdır (Qanun 25.11.2024-cü il tarixlindən qüvvədədir). Həmin Bələdiyyənin mərkəzi Üçoğlan kəndidir.
18.11.2025-ci il tarixli 51-VIIQD nömrəli Qanunun[12][13] "Ağdam rayonu" hissəsinin 7-ci bəndində "Üçoğlan-Alıbəyli" bələdiyyəsi qeyd olunub.
Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin 14.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə onun ilk Nizmanaməsi qəbul edilib[6].
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanunun[14] "Ağdam rayonu" hissəsinin 7-ci bəndində qeyd edilmiş Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin mərkəzi Üçoğlan kəndidir[6]. Həmin Bələdiyyənin ərazi hüquqlarında aşağıdkı yaşayış məntəqələri mövcuddur:
Üçoğlan kənd iəd | Üçoğlan kəndi |
Gül Baharlı kəndi | |
Ballar kəndi | |
Böyükbəyli kəndi | |
Orta Qışlaq kəndi | |
Yusifli kəndi | |
Alıbəyli kəndi | |
Kiçikli kəndi | |
Səfərli qəsəbəsi | |
Birinci Alıbəyli qəsəbə iəd | Birinci Alıbəyli qəsəbəsi |
İkinci Alıbəyli qəsəbə iəd | İkinci Alıbəyli qəsəbəsi |
Birinci Baharlı qəsəbə iəd | Birinci Baharlı qəsəbəsi |
İkinci Baharlı qəsəbə iəd | İkinci Baharlı qəsəbəsi |
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir[15].
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |