. Love.az

Ulviyye Samilqizi - Wikipedia - Love.az

Ana Səhifə - Ulviyye Samilqizi
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 7 gün əvvəl Turkmen (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Ülviyyə Şamilqızı (Məmmədova) (d.  23 aprel, 1986, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. 24 yanvar, 2018, Həştərxan vilayəti, Rusiya) — Azərbaycan jurnalisti.

Ülviyyə Şamilqızı
Ülviyyə Şamil qızı Məmmədova
Doğum tarixi 24 aprel 1986
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 yanvar 2018 (31 yaşında)
Vəfat yeri Həştərxan vilayəti, Rusiya
Dəfn yeri Gəncə, Azərbaycan[1]
Atası Şamil Məmmədov
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Jurnalist

Həyatı

redaktə

Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alsa da, əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. Şəhid hesab olunur.[2]

Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən "Xalq Cəbhəsi" qəzetində çalışıb.[3] O, 2013-cü il sentyabrın 27-də partiyanın keçirdiyi mitinqdə üzürlü səbəbdən iştirak etmədiyi üçün işdən qovulub.[3]

O, həm də "Report" İnformasiya Agentliyində çalışıb.[1] O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün 2017-ci ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.[1]

2018-ci il yanvarın 23-də Ülviyyə Şamilqızını Rusiyanın Həştərxan vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştərxan şosesinin 1378-ci kilometrliyində, Magistral küçəsində 30 yaşlı şəxsin idarə etdiyi "Volkswagen Passat" markalı avtomobil vuraraq öldürüb.[1][4][5]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb". report.az. report.az. 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
  2. ↑ "Bu, onun ailəsində ilk faciə deyil... - Ülviyyə Şamilqızı". teleqraf.com. teleqraf.com. 2018-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2018.
  3. ↑ 1 2 "Qüdrət Həsənqulievin mitinqinə getmədiyi üçün işdən qovuldu". simsar.az. simsar.az. 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2018.
  4. ↑ "Azərbaycanlı xanım jurnalist yol qəzasında öldü". news.day.az. news.day.az. İstifadə tarixi: 24 yanvar 2018.
  5. ↑ "Jurnalist Ülviyyə Şamilqızı dəfn olunub". www.ekspress.az. www.ekspress.az. 2018-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2018.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ülviyyə_Şamilqızı&oldid=8133766"
LOVE.AZ