. Love.az

Ulviyye Hemzeyeva - Wikipedia - Love.az

Ana Səhifə - Ulviyye Hemzeyeva
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Həmzəyeva Ülviyyə Tapdıq qızı (30 aprel 1982, Şəkərabad, Babək rayonu) — Azərbaycanlı ictimai-siyasi xadim,rəssam. Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, 2010–2015-ci il IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisi V, VI və VII çağırış deputatı

Ülviyyə Həmzəyeva
Azərbaycan Respublikasının Milli Məclisi V, VI və VII çağırış deputatı
Vəzifədədir
2015-ci ildən
Naxçıvan Muxtar Respublikası Ali Məclisi IV çağırış deputatı
2010 – 2015
Şəxsi məlumatlar
Doğum tarixi 30 aprel 1982(1982-04-30) (43 yaş)
Doğum yeri
  • Şəkərabad, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Naxçıvan Dövlət Universiteti
Fəaliyyəti rəssam, siyasətçi

Təltifləri "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 20092009
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 Yaradıcılığı
  • 4 Şəkillər
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Ülviyyə Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.

Siyasi fəaliyyəti

redaktə

Naxçıvan Ali Məclisinin IV çağırışı, Azərbaycan Milli Məclisinin V çağırış deputatı, Azərbaycan Milli Məclisinin VI çağırış deputatı və Azərbaycan Milli Məclisinin VII çağırış deputatıdır.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib[1].

Yaradıcılığı

redaktə

Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır. Əsərləri Azərbaycan sənətinin qədim ənənələri ilə dərin əlaqəlidir. Xalçaların, miniatürlərin və qədim petrogliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırır.

Ülviyyə Həmzəyeva həm də Azərbaycanda ilk dəfə olaraq 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin gənclik parkında soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifidir. Rəssamın əsərləri, Azərbaycan, ABŞ, Çin, Türkiyə, Portuqaliya, Gürcüstan, İspaniya və.s. ölkələrdə 200-ə yaxın qarışıq və fərdi sərgilərdə nümayiş olunmuşdur. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2013-cü ildə "Yeni Era" Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvlüyünə qəbul edilmişdir. UNESCO-nun Beyneynəlxalq İncəsənət Assosasiyasının üzvüdür. 2011-ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədridir. Əsərləri şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.

Əməkdar rəssam Ülviyyə Həmzəyevanın 28 oktyabr 2022-ci ildə Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində əsərlərindən ibarət fərdi sərgisi təşkil olunmuşdur.[2]

Şəkillər

redaktə
  •  
    "Muğam" kompozisiyası
  •  
    Mirzə Cəlil dünyası
  •  
    "Bəşəriyyətin beşiyi" kompozisiyası

İstinadlar

redaktə
  1. ↑ "Yeni Azərbaycan partiyasinin idarə heyəti". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  2. ↑ "Milli ruhlu tablolardan süzülən şəfəqlər". 2022-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2022.

Xarici keçidlər

redaktə
  • UNESCO Dünya Rəssamlıq Akademiyası Arxivləşdirilib 2016-07-11 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ülviyyə_Həmzəyeva&oldid=8079813"
LOVE.AZ