. Love.az

Umid Qezet - Wikipedia - Love.az

Ana Səhifə - Umid Qezet
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (avqust 2024)
Bu adın digər istifadə formaları üçün bax: Ümid (dəqiqləşdirmə).

"Ümid" — İranda Məşrutə dövründə nəşr olunmuş qəzetlərdən biri[1].

Ümid
Təsisçi Loğmaniyyə mədrəsəsi

Tarixi

redaktə

"Ümid" Məşrutə bərqərar edildikdən sonra nəşr edilən ilk qəzetlərdən idi. Qəzet Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən Məşrutə dövrünün əvvəllərində nəşr olunmuşdur. Loğmaniyyə mədrəsəsinin 5-6 tələbəsi tərəfindən təsis olunan bu qəzetin nəşri 8 aya yaxın davam etdi. Faydalı və elmi qəzet olan "Ümid"in 1907-ci ilədək 24 nömrəsi çapdan çıxmışdır[1].

Bu həftəlik, şəkil-təsvirli qəzet daşbasma üsulu ilə çap olunur və başlığında aşağıdakı ifadə dərc edilirdi[1]:

"Bu dövlətin və millətin tərəqqisi, elm və maarifin yayılması üçün təsis dilmiş bir qəzetdir".[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Bakı: "Elm", 2009, səh. 46.  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ümid_(qəzet)&oldid=7747761"
LOVE.AZ