. Love.az

Ummugulsum Sultan Iii Ehmedin Qizi - Wikipedia - Love.az

Ana Səhifə - Ummugulsum Sultan Iii Ehmedin Qizi

Ümmügülsüm Sultan (Osmanlıca: أم كلثوم بن أحمد ط ساليس) (7 fevral 1708, İstanbul – noyabr 1732, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.

Ümmügülsüm Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 7 fevral 1708(1708-02-07)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi noyabr 1732 (24 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Yeni Məscid
Atası III Əhməd
Anası Əminə Mehrişah Sultan
Uşaqları Sultanzadə Hacı Mustafa bəy
Sultanzadə Hafiz Mehmed bəy
Ailəsi Osmanlı xanədanı

Həyatı

redaktə

Ümmügülsüm Sultan 1708-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə Əminə Mihrişah Sultandır. Əkizi olan Zeynəb Sultan 7 aylıq ikən vəfat etmişdir. 2 yaşı olanda yaşlı vəzirlərdən Əbdürrəhman Paşayla nişanlandı. Bu hadisə isə paşa üçün baha başa gəldi. Topqapı sarayında baş tutan nişan mərasimi əsnasında bütün saray əhalisinə, o cümlədən Sultan Əhmədə, baş qadınəfəndisi Əmətullah Sultana, bütün şahzadə və sultanlara hədiyyələr göndərildi. Ancaq nişandan sonra Əbdürrəhman Paşa Rumeliyə göndərildi və sultanla evlənmədən 1715-ci ildə burada vəfat etdi.

21 fevral 1724-cü ildə isə Nevşəhərli İbrahim Paşanın qardaşı oğlu Əli ağayla nişanlandı və bir neçə ay sonra evləndi. Qapıçılar kəndxudası oln Əli ağaya vəzir ünvanı verildi. Bu evlilikdən 2 oğlu - Mehmed (ö. 1763) və Mustafa bəy (ö. 1780) dünyaya gəldi. Patrona Xəlil üsyanı əsnasında Əli Paşa da üsyançılar tərəfindən öldürüldü. Beləliklə, Ümmügülsüm Sultan dul qaldı. 1732-ci ildə isə özü vəfat etdi və Yeni məsciddə dəfn olundu.

Mənbə

redaktə
  • Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yyaınları, 4. baskı, s. 311-313
  • Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Greenwood Publishing Group. ISBN 978-0-313-24811-5
  • Mustafa Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ankara, Ötüken
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ümmügülsüm_Sultan_(III_Əhmədin_qızı)&oldid=7691744"
LOVE.AZ