. Love.az

Umumseher Qebiristanligi - Wikipedia - Love.az

Ana Səhifə - Umumseher Qebiristanligi
Bu adın digər istifadə formaları üçün bax: Qurd qapısı qəbiristanlığı.

Ümumşəhər qəbiristanlığı (bəzən "Qurd qapısı" qəbiristanlığı kimi qeyd olunur) — Bakının Qaradağ rayonunda yerləşən məzarlıq.

Qəbiristanlıq
Ümumşəhər qəbiristanlığı
Ümumşəhər qəbiristanlığının girişi
Ümumşəhər qəbiristanlığının girişi
Ölkə
  •  Azərbaycan
Rayon Qaradağ rayonu
Status qəbiristanlıq
Əsası qoyulub bilinmir

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Tarixi
  • 3 Dəfn
  • 4 Qalereya
  • 5 İstinadlar

Coğrafiyası

redaktə

Qəbiristanlıq Laçın massivinin yaxınlığında, Bakı dairəvi avtomobil yolunun alt hissəsində yerləşir. "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığındadır.

Tarixi

redaktə

Ümumşəhər qəbiristanlığının dəqiq tarixi məlum deyildir.

Dəfn

redaktə

Məzarlıqda müxtəlif millətlərdən olan insanlar dəfn olunub. Burada azərbaycanlı, yəhudi, rus və erməni millətlərinin nümayəndələri dəfn edilmişdir.[1]

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində həlak olan 18 şəhid məzarlıqda dəfn olunmuşdur. Lakın bir müddət sonra şəhid ailələri müraciət edərək qəbirlərin Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsini istəmişlər. 2021-ci il yanvarın 30-da isə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib. Bundan sonra ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 Vətən müharibəsi şəhidinin məzarının Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülməsi qərara alınıb.[2]

Qalereya

redaktə
  •  
    Qəbiristanlığın Bakı dairəvi avtomobil yolundan görünüşü
  •  
    Yusif Muxtarovun məzarı
  •  
    Amaliya Pənahovanın məzarı
  •  
    Arif Quliyevin məzarı
  •  
    Yaqub Zurufçunun məzarı
  •  
    Ramiz Novruzun məzarı
  •  
    Rəmişin məzarı
  •  
    Ağakişi Kazımovun məzarı
  •  
    Oqtay Əliyevin məzarı
  •  
    İranə Tağızadənin məzarı

İstinadlar

redaktə
  1. ↑ "Зильберштейн М. Еврейские кладбища Баку" (PDF). ourbaku.com. 2023-04-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-14.
  2. ↑ "Ümumşəhər qəbristanlığındakı 18 şəhidin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb" (az.). apa.az. 2021-01-30. 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19.
Qaradağ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ümumşəhər_qəbiristanlığı&oldid=7597236"
LOVE.AZ