. Love.az

Umumi Qalca Venasi - Wikipedia - Love.az

Ana Səhifə - Umumi Qalca Venasi

Ümumi qalça venası (lat. Vena iliaca communis) oma -qalça oynağının bərabərliyində daxili və xarici qalça venalarının (lat. vv. iliacae internae et externae) birləşməsindən əmələ gəlir. Sağ tərəfdəki sağ ümumi qalça arteriyasının arxa və bayır tərəfilə yuxarı və sola doğru, sol tərəfdəki isə özünə uyğun arteriyanın əvvəlcə içəri kənarilə, sonra sağ ümumi qalça arteriyasının dalı ilə yuxarı və sağa doğru gedərək dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində, qarın aortasının sağ tərəfində bir-birilə birləşirlər və nəticədə aşağı boş venanı əmələ gətirirlər. Sağ ümumi qalça venasının istiqaməti bir az düzdür, sol ümumi qalça venasının istiqaməti isə sağa nisbətən çəpdir və özü də uzundur. Sol ümumi qalça venası öndə sağ ümumi qalça arteriyası ilə çarpazlaşdığı üçün qanın cərəyanı burada sağa nisbətən çətin olur, odur ki, sol aşağı ətraf venalarında bəzi iltihabi proseslərə və ya onların genəlməsinədaha çox təsadüf olunur. Bəzən sol ümumi qalça venası orta oma venasını (lat. v. sacralis mediana) qəbul edir.

Ümumi qalça venası
Qarın və kiçik çanaq venaları
Ümumi qalça venasının qarın hissəsi: qarın aortası və simpatik düyünlərin əhatəsində
Latınca Vena iliaca communis
Qrey subyekt 173 677
Başlanır    Oma -qalça oynağının bərabərliyində
Mənbəyi Daxili qalça venası
Xarici qalça venası
Açılır Aşağı boş vena
Arteriya Ümumi qalça arteriyası
Dorlands
/ Elsevier
    
12850542
  • bax
  • müzakirə
  • redaktə

Mündəricat

  • 1 Təsvirlər
  • 2 Mənbə
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Təsvirlər

redaktə
  •  
    Parietal venaların inkişaf sxemi
  •  
    Bazu-baş venaları, yuxarı boş vena, aşağı boş vena, tək vena və onların əlavə şaxələri
  •  
    Kiçik şanağın sağ yarısının venaları.
  •  
    Birincili limfa kisələrinin görünüş sxemi

Mənbə

redaktə
 
  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)

Xarici keçidlər

redaktə
  • Henry Gray (1918), Anatomy of the Human Body, pp. 677, retrieved 2008–06-15 Arxivləşdirilib 2009-12-22 at the Wayback Machine
  • "The Veins of the Lower Extremity, Abdomen, and Pelvis" (ing.) Arxivləşdirilib 2009-12-22 at the Wayback Machine

Həmçinin bax

redaktə
  • Yuxarı boş vena
  • Aşağı boş vena
  • Ağciyər venaları
  • Göbək venası
  • Qapı venası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ümumi_qalça_venası&oldid=7447977"
LOVE.AZ