Ürək yaddaşı | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Elxan Qasımov |
Ssenari müəllifləri |
Emil Ağayev Cəmil Əlibəyov Rasim Ağayev |
Operatorlar |
Vladimir Konyagin Köçəri Məmmədov |
Bəstəkar | Aqşin Əlizadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə |
![]() |
İl | 1981 |
Texniki məlumatlar |
1 hissə 260 metr 35 mm |
Rəng | rəngli |
Film Azərbaycanın görkəmli heykəltəraşı İbrahim Zeynalova həsr olunmuşdur. Kinolentdə onun yaradıcılığından, Azərbaycanın müxtəlif şəhərlərində ucaltdığı abidələrdən söhbət açılır.
Böyük sənətkarın qranit daşlardan yonduğu əsərləri, bu gün təkcə Azərbaycanın deyil, Sovet İttifaqının bir sıra şəhərlərinin, o cümlədən Moskvanın memarlıq tarixinin ən qiymətli səhifələrini təşkil edir.