. Love.az

Ustunluk Huququ - Wikipedia - Love.az

Ana Səhifə - Ustunluk Huququ

Üstünlük hüququ (ing. Pre-emption right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya.

Üstünlük hüququ səhmdarlara öz mövcud paylarına mütənasib olaraq yeni buraxılmış səhmləri birinci növbədə əldə etməyə imkan verən hüquqdur[1]. Səhmdarlar yeni emissiya olunmuş səhmləri almaq hüququna malikdirlər, lakin onları almaq məcburiyyətində deyillər. Səhmdar bu hüquqdan istifadə etməməyi qərar verərsə, həmin səhmlər açıq bazarda satıla bilər[2].

Böyük Britaniya şirkətlərində səhmdarların üstünlük hüququ 2006-cı il tarixli Şirkətlər haqqında Qanunla tənzimlənir. Qanunun 561(1)-ci maddəsinə əsasən, şirkətin səhmlərinin hər hansı başqa şəxslərə təklif edilməsinə qədər aşağıdakı qaydalara riayət edilməlidir:

1. Səhmlər şirkətin hər bir səhmdarına eyni və ya oxşar şərtlərlə təklif edilməlidir.

2. Səhmdarın təklifi qəbul etməsi üçün ağlabatan müddət müəyyən edilməlidir.

Qanunun 562(5)-ci maddəsinə görə, səhmdara təklifin qəbul edilməsi üçün verilən müddət 14 gündən az olmamalıdır. Bu da şirkətlərə yeni səhmdarların daxil olmasının qarşısını almağa imkan verir.

Həmçinin bax

redaktə
  • Satışa qoşmaq hüququ
  • Satışa qoşulmaq hüququ

İstinadlar

redaktə
  1. ↑ "Müstəsna hüquq" (az.). banker.az. 27.06.2012. İstifadə tarixi: 2018-09-18.
  2. ↑ Çarlz T.Kənfild, Anar Aliyev. "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin səhmdar cəmiyyətlərinə dair müddəalarının təkmilləşdirilməsinə dair şərhlər və tövsiyələr" (PDF) (az.). Korporativ İdarəetmə İcmalı. 2007. İstifadə tarixi: 2018-09-18.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Üstünlük_hüququ&oldid=7537373"
LOVE.AZ