. Love.az

Uveys Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Uveys Pasa

Üveys Paşa (1512 – 1547, Səna) — I Səlimin oğlu və Osmanlı paşası.[1]

Şahzadə Üveys
Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1512
Doğum yeri İstanbul, Osmanlı imperatorluğu
Vəfat tarixi 1547
Vəfat yeri
  • Səna, Yəmən
Fəaliyyəti siyasətçi
Atası I Səlim

Həyatı

redaktə

Məşhur Osmanlı tarixçisi Gəlibolulu Mustafa Əliyə görə, şahzadəliyi dönəmində I Səlimin adı bilinməyən bir kənizdən olan oğludur. Səlimin taxta çıxdığı il dünyaya gəlmişdir.[2] Mustafa Əlinin Künhü'l-ahbâr əsərində yazdıqlarına görə Şahzadə Üveysin anası evləndirilərək saraydan göndərilmiş ancaq daha sonradan kənizin hamilə olduğu anlaşılmışdır. Bundan sonra kəniz başqasıyla evli olduğundan şahzadə olaraq qəbul edilməmiş, buna baxmayaraq I Səlim Şahzadə Üveysin yetişdirilməsinə diqqət yetirmişdir.

Siyasi fəaliyyəti

redaktə

Atası I Səlimin vəfatından sonra taxta çıxan qardaşı I Süleyman 1545-ci ildə Üveysi paşa ünvanıyla təltif edərək Yəmən Bəylərbəyi təyin etmişdir. Bundan sonrakı tarixi qaynaqlarda Üveys Paşa anılmaqdadır. Üveys Paşa 1547-ci ildə Yəməndə çıxan bir qiyam əsnasında öldürülmüşdür. Rəvayətə görə, Üveys Paşanın ölüm xəbəri Süleymana çatdırılanda "O mənim ata bir qardaşım idi" demişdir.[3] Bundan başqa Üveys Paşanın Trablusqərb hakimlərindən Saqqızlı Mehmed Paşanın atası olduğu qeyd edilir.

Mənbə

redaktə
  1. ↑ Nermin Taylan, Sıradışı Osmanlı Şehzadeleri (2013). İstanbul. ISBN 9786055476564.
  2. ↑ Üveys Paşa kimdir
  3. ↑ Milliyet newspaper 20 November 2011 (Turkish)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Üveys_Paşa&oldid=6906365"
LOVE.AZ