Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Üzeyir Bəxtiyar oğlu Mehdizadə (19 may 1990) — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı.
Üzeyir Mehdizadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 19 may 1990(1990-05-19) (34 yaş) |
Atası | Bəxtiyar Mehdizadə |
Anası | Mehparə Mehdizadə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, müğənni, mahnı yazarı[d], söz yazıçısı[d], bəstəkar, aranjimançı[d], musiqi prodüseri |
music.uzeyir.az |
Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub.[1] Onun atası Bəxtiyar Mehdizadə 1963-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub.[2]
1995-ci ildə 114 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir.[3]
2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.[mənbə göstərilməlidir]
2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, habelə 50 milyondan artıq baxış sayı[4] olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir.
Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni,[mənbə göstərilməlidir] Almaniyanı,[mənbə göstərilməlidir] Rusiyanı,[mənbə göstərilməlidir] Özbəkistanı,[mənbə göstərilməlidir] Qazaxıstanı,[mənbə göstərilməlidir] Ukraynanı [mənbə göstərilməlidir] və.s qeyd etmək olar.
Üzeyir Mehdizadə 2018-ci ildə ailə həyatı qurmuşdur[5]
Atası Bəxtiyar Mehdizadə 1963-cü ildə anadan olub. 1985-ci ildə ailə qurub. Anası Mehparə Məmməd qızı Mehdizadə. 2008-ci ildə ürək tutmasından vəfat edib. Üzeyirin 1 bacısı var. Evlidir.
2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Üzeyir Mehdizadənin "Dəli balam" (& Rəqsanə), "Rǝdd elǝ!" və "Kəsəcəm damarları" mahnıları da yer alıb.[6][7]