. Love.az

Istvan Yuhaz - Wikipedia - Love.az

Ana Səhifə - Istvan Yuhaz

İştvan Yuhaz (tam adı: mac. István Juhász; 2 iyul 1943, Budapeşt) — çoxluqlar nəzəriyyəsi üzərində işləmiş macar riyaziyyatçı. Hazırda Macarıstan Elmlər Akademiyasının Renyi Riyaziyyat İnstitutunda çalışır.

İştvan Yuhaz
Doğum tarixi 2 iyul 1943(1943-07-02) (81 yaş)
Doğum yeri
  • Budapeşt, Macarıstan krallığı
Təhsili
  • Eötvöş Lorand Universiteti (–1966)
Üzvlüyü
  • Macarıstan Elmlər Akademiyası

Həyatı

redaktə

İştvan Yuhaz 1966-cı ildə Eötvöş Lorand Universitetindən məzun olub və 1974-cü ilədək burada işləyib. Həmin ildən etibarən Macarıstan Elmlər Akademiyasının Alfred Renyi Riyaziyyat İnstitutunda fəaliyyət göstərib və hazırda həmin institutun emerit professorudur.

Yuhaz 1977-ci ildə Akademiyada elmi işini müdafiə edərək elmlər doktoru dərəcəsi alıb. 2007-ci ildə Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilib.[1] 2015-2018-ci illərdə Avropa Çoxluqlar Nəzəriyyəsi Cəmiyyətinin prezidenti olub. Studia Scientiarum Mathematicarum və Topologiya və onun tətbiqi jurnallarının redaktə heyətinin üzvüdür.

İstinadlar

redaktə
  1. ↑ "Trustees 2015-2018". European Set Theory Society (ingilis). 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İştvan_Yuhaz&oldid=7862742"
LOVE.AZ