İbn Qudamə (ərəb. ابن قدامة) və ya Əbu Məhəmməd Müvəffəqüddin Abdullah ibn Əhməd ibn Məhəmməd ibn Qudamə əl-Cəmmaili əl-Məqdisi (1147[1][2][…] – 28 oktyabr 1223, Dəməşq) — Hənbəli məzhəbinə mənsub mühəddis, fəqih və üsulçu.
İbn Qudamə | |
---|---|
ərəb. ابن قدامة | |
![]() | |
Doğum tarixi | 1147[1][2][…] |
Vəfat tarixi | 28 oktyabr 1223 |
Vəfat yeri | |
Elm sahələri | fiqh |
![]() |
1147-ci ildə Nablusun kəndi olan Cəmmaildə dünyaya gəlmişdir. Hörmətli ailəyə mənsub olan İbn Qudamə 1156-cı ildə ailəsi ilə Şama köçmüşdür. İlk təhsilini atasından almışdır. Daha sonra İbn əl-Cəvzi, Hüseyn ibn Əli əs-Səymari, Əbdülqadir Gilani, Həmid ibn Əhməd əl-Vasiti kimi alimlərdən dərslər almışdır. İbn Teymiyyə, İbn Nəccar, İbn Abdülhadi, İbn Muflih, Əbul-Fərəc İbn Kəsir onun məşhur tələbələrindəndir. İbn Qudamə Bağdada, həcc üçün Məkkəyə və yenidən Şama səfərlər etmişdir. Səlahəddin Əyyubinin başçılığı ilə Qüdsün səlibçilərdən azad edilməsində iştirak etmişdir. 28 oktyabr 1223-cü ildə Dəməşqdə vəfat edən İbn Qudamə, əl-Camiul-Müzəffərinin arxasında yerləşən Qəsiyun qəbiristanlığında dəfn edilmişdir.[3]
İbn Qudamənin bu əsərləri İslam hüququ, etiqadı və ibadətləri haqqında dərin biliklər təqdim edir və günümüzdə də hənbəli məzhəbində əsas mənbələrdən hesab olunur.