İbn Xəllikan (ərəb. ابن خلكان; 22 sentyabr 1211[1], Ərbil – 30 oktyabr 1282[1], Dəməşq, Məmlük dövləti) — Bərməkilər[2] nəslinə mənsub olan XIII əsr islam alimi və tarixçisi.
İbn Xəllikan | |
---|---|
ərəb. أحمد بن مُحمَّد بن إبراهیم بن أبي بکر بن خلِّكان الشافعي | |
Doğum tarixi | 22 sentyabr 1211[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 1282[1] (71 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fiqh, Usuliddin, Yurisdiksiya |
Şəms əd-Din Əbül-Abbas Əhməd 22 sentyabr 1211-ci ildə Ərbil şəhərində anadan olmuşdu.[3] Elmi ədəbiyyatda İbn Xəllikan adı ilə tanınan Şəms əd-Din Əhmədin atası Abbas əslən tarixi Bəlx[4] şəhərindən (tarixi Baktriya və ya Toxaristan ölkəsinin mərkəzi şəhəri və ya şəhərlərindən biri idi) olan Bərməkilər soyundan, anası isə Hənəfi məzhəbinin məşhur fiqh və hədis alimi Xaləf ibn Əyyubun soyundan idi. Bərməkilər soyunun ulu əcdadı Bərmək Əməvi xilafətinin sərkərdəsi, Xorasan valisi Əbu Hafs Qüteybə ibn Abi Saleh Muslim ibn Əmr əl-Bahili türk dövləti olan Toxarıstan Yabquluğunun paytaxtı Bəlx şəhərini işğal etdikdən sonra müsəlmanlara əsir düşmüş və islamı qəbul etmişdir.
Şəms əd-Din Əbül-Abbas Əhməd Misir Məmlük sultanları əl-Məlik əz-Zahir Rükn əd-Dünya və-d-Din Baybars əl-Bundukdari əz-Salehin hakimiyyəti (1260-1277) və onun böyük oğlu əl-Məlik əz-Səid Nəsir əd-Din Məhəmməd Bərəkə xanın hakimiyyəti (1277-1279) dövründə 1261-1271-ci və 1278-1281-ci ilərdə Şam qazısı olmuş, 30 oktyabr 1282-ci ildə Dəməşq şəhərində vəfat etmişdir.[3]