Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
İbrahim İsayev — Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, tibb elmləri doktoru[1], professor, "əməkdar elm xadimi"[2], Respublikanın "əməkdar həkimi"[3][4]
İbrahim İsayev | |
---|---|
İbrahim İsa oğlu İsayev | |
Doğum tarixi | 10 fevral 1954(1954-02-10) (71 yaş) |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru |
Təhsili | |
Mükafatları |
![]() ![]() |
İsayev İbrahim İsa oğlu 10 fevral 1954-cü ildə anadan olmuşdur. 1961–1971-ci illər ərzində orta məktəbdə təhsil almışdır. 1972-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş və 1978-ci ildə bitirmişdir.
1978–1983-cü illər ərzində Əzizbəyov (Xəzər) rayonunun tibb müssisələrində praktiki səhiyyədə çalışmış və həmin il Azərbayjan Tibb Uuniversitetinin "Uşaq xəstəliklərinin propedevtikası" kafedrasında aspiranturaya daxil olmuş və onu bitirdikdən sonra, ardıcıl olaraq kafedrada baş laborant, assistent, dosent kimi fəaliyyət göstərimş, 1995-ci ildən hal-hazıra qədər həmin kafedranın müdiri vəzifəsində işləyir.
2000–2013-cü illər ərzində ATU-nun elmi katibi vəzifəsində çalışmış və 2013-cü ildən Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
1987-ci ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 250-dən artıq elmi məqalə, 2 dərs vəsaiti, 6 tədris-metodik vəsait, 2 ixtira, 4 səmərələşdirici təklifin müəllifidir. O, ilk dəfə olaraq tibb universitetinin tələbələri üçün azərbaycan dilində "Uşaq xəstəliklərinin propedevtikası" (574 səh.) fənnindən dərslik hazırlayaraq dərj etdirmişdir. Onun rəhbərliyi ilə 10 nəfər tibb üzrə fəlsəfə doktoru hazırlanmışdır. Səhiyyənin, tibb elminin və tədrisinin inkişafındakı nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar həkim", 2010-cu ildə isə "Əməkdar elm xadimi" fəxri adlarına layiq görülmüşdür. Azərbaycan Tibb Universitetinin Elmi Şurasının, ATU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, AMEA-nın "Biologiya elmləri" bölməsinin Əlaqələndirmə Şurasının, "Tibb" üzrə Problem Şurasının elmi katibi, o cümlədən MDB ölkələri Kardiorevmatoloqlar Asossiasiyasının, Azərbaycan Respublikası Kardioloqlar Asossiasiyasının, Türkdilli ölkələrin, Pediatriya Asossiasiyasının üzvüdür. 250 — dən artıq elmi məqalənin, 3 dərsliyin, 2 dərs vəsaitinin, 6 tədris-metodik vəsaitin, 2 ixtiranın, 4 səmərələşdirici təklifin müəllifidir.