. Love.az

Ibrahim Quliyev Musiqici - Wikipedia - Love.az

Ana Səhifə - Ibrahim Quliyev Musiqici
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

İbrahim Hacıbaba oğlu Quliyev (23 may 1959, Bakı – 16 yanvar 2010, Türkiyə) — musiqiçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008), Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009–2010).

İbrahim Quliyev
Ümumi məlumatlar
Doğum tarixi 23 may 1959
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 yanvar 2010 (50 yaşında)
Vəfat yeri
  • Türkiyə
Dəfn yeri
  • Bakı
Atası Hacıbaba Quliyev
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, sənətşünas
Elmi dərəcəsi
  • sənətşünaslıq namizədi[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20082008

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Əsərləri
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

İbrahim Quliyev 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

Fəaliyyəti

redaktə

Azərbaycan Mədəniyətinin Xeyriyə fondunun icraçı direktoru, "Azərbaycan-İrs" jurnalının direktoru, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədr müavini olmuşdur. İbrahim Quliyev Azərbaycan musiqisinin tarixi inkişafı mövzusu ilə əlaqədar namizədlik dissertasiyasını müdafiə edərək "Sənətşünaslıq namizədi" elmi dərəcəsini almışdır. İbrahim Quliyev Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasının baş müəllimi olmuşdur. "Maestro" və "Maestro belə yazırdı" kitablarının müəlifidir.

Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 2008-ci il tarixli sərəncamı ilə İbrahim Quliyevə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.

Əsərləri

redaktə
  • "Maestro"
  • "Maestro belə yazırdı"

Xarici keçidlər

redaktə
  • http://news.day.az/society/196450.html
  • http://www.1news.az/culture/20100526010959512.html
  • http://www.zerkalo.az/2010-05-22/culture/9645-ibragimkuliyev-pamat/print[ölü keçid]
  • http://afrasiyab.musigi-dunya.az/ru/biography.html
  • http://xronika.az/azerbaijan-news/11962-cegodnya-v-dzhaz-centre-sostoyalos-meropriyatie.html Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  • http://news.day.az/culture/210790.html
  • http://abc.az/rus/news/39539.html Arxivləşdirilib 2009-10-27 at the Wayback Machine
  • http://www.navigator.az/news/7/29001.html Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  • http://www.zerkalo.az/2011-05-21/culture/19695-ibragimguliyev Arxivləşdirilib 2011-05-25 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İbrahim_Quliyev_(musiqiçi)&oldid=6646901"
LOVE.AZ