İctimai kitabxana — ictimai həyatın, münasibətlərin və ehtiyacların nəticəsində yaranmış, məqsədlərini və funksiyalarını mövcud olduqları tarixi və sosial şəraitdə formalaşdıran təşkilatlar Bunlar heç bir ayrıseçkiliyə yol vermədən cəmiyyətdə yaşayan bütün insanların təhsil, mədəniyyət və informasiya ehtiyaclarını ödəməyi və onların asudə vaxtlarından səmərəli istifadə etməyi qarşılarına məqsəd qoymuş olan təşkitatlardırlar. İctimai kitabxanalar insanların arasında cinsindən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən, təhsilindən, Mədəniyyətindən, sosial-iqtisadi səviyyəsindən və siyasi baxışlarından asılı olmayaraq onlar arasında heç bir fərq qoymadan, bütün növ kitabxana materialları və müxtəlif ünsiyyət vasitələri ilə mədəniyyət məhsullarını və məlumatları bəşəriyyətə pulsuz verən, onlara ömür boyu təhsil almaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı yaradan, cəmiyyətin bütövləşməsinə, sağlam düşüncəyə malik, sosial və mədəni cəhətdən inkişaf etmiş bir cəmiyyətin formalaşmasına, eyni zamanda da cəmiyyətin iqtisadi və mədəni cəhətdən inkişafına təsir göstərən demokratik təşkilatlar olub dünyada sülhün əldə olunmasına köməklik göstərirlər.
Vikisitatda libraries ilə əlaqədar sitatlar var. |
Vikilüğətdə public library mövzusuna dair məlumatlar var. |
Vikianbarda İctimai kitabxana ilə əlaqəli mediafayllar var. |