İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı.
İda Froynd | |
---|---|
alm. Ida Freund | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya imperiyası |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Kembric, Böyük Britaniya |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | Avstriyalı |
Təhsili | Kembric Universiteti |
Fəaliyyəti | Yazıçı |
Fəaliyyət illəri | 1904–1915 |
![]() |
Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır[2]. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi.
İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür[3]. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.[3]
1882-ci ildə Kembricdə yerləşən Girton Kollecinə qəbul edildi. 1886-cı ildə Kembric Müəllimlik Məktəbi-də dərs keçməyə başladı. 1887-ci ildə Nyuham Kollecində kimya təcrübəçisi (köməkçi müəllim) olaraq işlədi və 1890-cı ildə təhsil işçisi oldu[4]. Ancaq 1890-cı ildə onu əlil edən bir əməliyyat keçirdi və Kembricdən ayrılaraq əmisinin yanına getdi. 1893-cü ilə qədər Londonda qaldı. 1899-cu ildə əmisinin ölümündən sonra Nyuhamdakı işinə geri qayıtdı. Orada 1913-cü ilə qədər işlədi.
1903-də "The history prior to 1800 of theories concerning the ultimate constitution of matter" (azərb. Maddənin son meydana gəlməsi ilə əlaqədar 1800 əvvəli nəzəriyyələrin tarixi) başlıqlı məqaləsi ilə Gamble Mükafatı aldı[3]. 1904-cü ildə ilk kitabı "The study of chemical composition" (azərb. Kimyəvi tərkibinin öyrənilməsi) nəşr olundu.
Froynd sağlamlığı səbəbiylə 1912-ci ildə təqaüdə ayrıldı və 1914-cü ildə vəfat etdi[5]. "The experimental Basis of Chemistry" (azərb. Kimyanın Təcrübi Təməli) adlı kitabı üzərində ömrünün son günlərinə qədər işlədi. Tamamladığı on hissə 1920-ci ildə nəşr edilmişdir. Nyuham Kollecində İda Freund adına mükafat mövcuddur.[6]
1998-ci ilin Aprel ayında Nyuhamdakı laboratoriya İda Froynd üçün bir xatirə olaraq bərpa edildi[7]. İda Froynd Memorial Fondu, daha çox iş fürsəti verərək qadın müəllimlərin fizika elmlərindəki standartlarını yüksəltmək üçün qurulmuşdur. İda Freund Memorial Mükafatı, Nyuham Kolleci tərəfindən mükafatlandırılır[8]. Həmçinin, Girton Kolleci İda Freund Mükafatını birinci sinif akademik uğurlar üçün fizika elmləri tələbələrinə mükafatlandırır.