. Love.az

Ida Kokici - Wikipedia - Love.az

Ana Səhifə - Ida Kokici

İda Kokiçi (井田侾吉?, 1846, Hakodate, Hokkaydo prefekturası – 1911) – Yaponiya fotoqrafı. Hokkaydoda fotoqrafiyanın qabaqcıllarından biri olmuşdur.

İda Kokiçi
Doğum tarixi 1846
Doğum yeri
  • Hakodate, Hokkaydo prefekturası, Yaponiya
Vəfat tarixi 1911
Fəaliyyəti fotoqraf

Mündəricat

  • 1 İlk illəri
  • 2 Fotoqrafiya
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

İlk illəri

redaktə

İda Kokiçi 1846-cı ildə Hakodate şəhərində doğulmuşdur. Tamoto Kenzonun şagirdi və köməkçisi olmuş, ondan fotoqrafiyanı öyrənmişdir.

Fotoqrafiya

redaktə

1871-ci ilin avqustunda Tamoto ilə birlikdə Sapporo, Otaru və İşikari şəhərlərində bina və yol tikintisi işlərinin, eləcə də, torpaqların meliorasiyası işlərinin fotolarını çəkmişdir.[1] Onlar bu yerlərin fotolarını çəkən ilk şəxslər olmuşdurlar.[2] Bir ay boyunca çəkdikləri 158 fotonu 1872-ci ildə Tokioya göndərmişdirlər.[3]

1878-ci ilin avqustunda Kuril adalarına göndərilmiş Hokkaydo Koloniyalaşdırma Komissiyası gəmisini müşayiət etmiş və Şimali Kuril adalarının fotolarını çəkən ilk şəxs olmuşdur.[1][4] 1884-cü ildə Hakodatedə öz studiyasını açmışdır. 1897-ci ildə Saxalin adasının Korsakov qəsəbəsində fotostudiya açmış və Saxalində fotostudiya açan ilk şəxs olmuşdur.[2] Rus-yapon müharibəsinin başladığı 1904-cü ilə qədər Saxalində yaşamışdır. 1911-ci ildə ölmüşdür.[4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Tucker. səh. 314
  2. ↑ 1 2 Tucker. səh. 344
  3. ↑ Tucker. səh. 34
  4. ↑ 1 2 Bennett. səh. 192

Ədəbiyyat

redaktə
  • Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. 192. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 20 noyabr 2024.
  • Tucker, Anne; Iizawa, Kōtarō; Friis-Hansen, Dana; Ryuichi, Kaneko; Kinoshita, Naoyuki; Joe, Takeba. The History of Japanese Photography (ingiliscə). Yale University Press. 1 yanvar 2003. səh. 344. ISBN 9780300099256. İstifadə tarixi: 25 noyabr 2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İda_Kokiçi&oldid=7862937"
LOVE.AZ