İdris Şükürlü (d. 1 may 1957, Şingədulan k., Lerik r.) — nasir, publisist, politoloq, Jurnalistlər Birliyinin (1984), AzərKİVİHİ-nin (2000) üzvü Əməkdar jurnalist.
İdris Şükürlü | |
---|---|
İdris Mütəllim oğlu Şükürov | |
Doğum tarixi | (68 yaş) |
Doğum yeri | Şingədulan, Lerik |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili | BDU |
İxtisası | Jurnalistika |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
![]() |
İ.M.Şükürlü yaradıcılığında ədəbi-bədii və publisistik üslubda yazıb - yaratmış, 30-a yaxın kitabın isə tərtibçisi və redaktoru olmuşdur. Kitablarından 3-ü şəhidlik və Qarabağ mövzusuna həsr olunmuşdur.
Müxtəlif janrlarda yazıb çap etdirdiyi əsərlərdən daha çoxu məqalə, oçerk, hekayə, şer və sənədli povestlər idi. İdris Şükürlünün bədii və publisistik yaradıcılığında Qarabağ müharibəsi, şəhidliyin tərənnümü, qələbəyə inam, vətənpərvərlik, dövlətçiliyə sədaqət hissləri mühüm yer tuturdu.