. Love.az

Idris Axundzade - Wikipedia - Love.az

Ana Səhifə - Idris Axundzade

İdris Məmmədhüseyn oğlu Axundzadə (1914, Tovuz, Qazax qəzası – 1999, Bakı) — biologiya elmlər doktoru, professor, əməkdar elm xadimi, Genetika–seleksiya Elmi-tədqiqat İsntitutunun direktoru (1960–1980), AMEA-nın müxbir üzvü.

İdris Axundzadə
İdris Məmmədhüseyn oğlu Axundzadə
Doğum tarixi 1914
Doğum yeri
  • Tovuz, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1999
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi
  • biologiya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • AMEA Genetik Ehtiyatlar İnstitutu (1960–1999),
  • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1939–1942)
Təhsili
  • Zaqatala Kənd Təsərrüfatı Texnikumu (–1930),
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

redaktə

Axundzadə İdris Məmməd Hüseyn oğlu 1914-cü ildə Tovuzda ziyalı ailəsində anadan olmuşdur. 1930-cu ildə Zaqatala kənd təsərrüfatı texnikumunu və daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (AKTİ) bitirmişdir. İ. M. Axundzadə 1934-cü ildə akademik N. İ. Vavilovun dəstəyi ilə Rütubətli Subtropik Elmi-Tədqiqat Mərkəzinin (sonradan Çay və Subtropik Bitkilər Ümumittifaq Elmi-Tədqiqat İnstitutu) aspiranturasına qəbul edilmişdir. Alim 1939–1942-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda baş müəllim, dosent və subtropik bitkilər kafedrasının müdiri vəzifəsində çalışmış, 1942-ci ildə Kənd Təsərrüfatı Komissarlığının Ali Məktəblər, Texnikumlar və Elmi-Tədqiqat Müəssisələri İdarəsinin rəisi, 1944-cü ildə Çoxillik Bitkilərin Azərbaycan Elmi-Tədqiqat İnstitutunun (indiki Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu) direktoru təyin edilmişdir. 1956–1961-ci illərdə İ. M. Axundzadə Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutu) direktor, 1956–1987-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır.[1]

1987-ci ildən ömrünün sonuna kimi aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

1965-ci ildə İ. Axundzadə biologiya elmləri doktoru elmi dərəcəsi, 13 iyun 1966-cı ildə professor adı almışdır. Ümumiyyətlə, İ. Axundzadə elmi fəaliyyət müddətində 1 cırtdan alma, 1 innab, 2 feyxoa, 4 nar sortu yaratmışdır.

İ. Axundzadə tərəfindən 30-a qədər elmlər namizədi hazırlanmışdır.

Professor 200 elmi məqalə, 6 monoqrafiya, 1 dərslik və aqronomlar üçün 3 məsləhət kitabçasının müəllifidir.

Təltifləri

redaktə

İ. M. Axundzadənin elmi, təcrübi, pedaqoji, ictimai fəaliyyəti sahəsindəki böyük xidmətləri dəfələrlə yüksək dövlət mükafatlarına – Qırmızı Əmək Bayrağı ordeninə, 5 medala, Özbəkistan SSR-in və Əfqanıstanın fəxri fərmanlarına, Əfqanıstanın ali "Ulduz ordeni"nə layiq görülmüşdür.

İstinadlar

redaktə
  1. ↑ "AMEA-nın müxbir üzvü İdris Axundzadənin 100 illik yubileyi qeyd edilib" (az.). science.gov.az. 2015-02-20. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İdris_Axundzadə&oldid=7355520"
LOVE.AZ