İfigeniya (q.yun. Ἰφιγένεια) — qədim yunan mifologiyasında Mikena (və ya Arqos) padşahı Aqamemnonun qızı.
İfigeniya | |
---|---|
q.yun. Ἰφιγένεια | |
![]() | |
Cinsi | qadın[d] |
Atası | Aqamemnon[d][1] |
Anası | Klitemnestra[1] |
Qardaşı və bacısı | Orest |
![]() |
Aqamemnon İfigeniyanı Troyaya göndərilən qoşunların dənizdən rahat üzüb keçməsi naminə Artemidaya qurban vermişdi. Lakin Artemida qurbangahda İfigeniyanı xallı maralla əvəz etmiş və onu öz yanında kahin kimi saxlamışdı. İfigeniya haqqında əsatir Evripid, Rasin, Göte, Hauptmanın faciələri, Qlyukun operası və s. əsərlər üçün süjet olmuşdur.