. Love.az

Ikram Eyyubov - Wikipedia - Love.az

Ana Səhifə - Ikram Eyyubov

İkram Ziyəddin oğlu Eyyubov — alim, baytarlıq elmləri doktoru, professor, Əməkdar baytar həkimi, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun laboratoriya müdiri.[1]

İkram Eyyubov
İkram Ziyəddin oğlu Eyyubov
Doğum tarixi 1925
Doğum yeri Ürkməzli, Qazax qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2011
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi baytarlıq
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu

Həyatı və elmi fəaliyyəti

redaktə

İkram Eyyubov 1925-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1937-ci ildə Dəmirçilər kənd natamam orta məktəbini bitirmiş və Qazax pedaqoji texnikumuna daxil olmuşdur. 1941-ci ildə texnikumu bitirmiş və 1945-ci ilə qədər Tovuz rayonunda müəllim işləmişdir. 1945-1950-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Aqrar Universitet) təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. Terapiya kafedrasında assistent vəzifəsində saxlanılmışdır.

1958-ci ildə dissertasiya müdafiə edərək baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. 1958-ci ildən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna dəvət olunaraq 1994-cü ilə qədər orada baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Respublikanın Əməkdar baytar həkimi, professordur.

135 elmi məqalənin, 5 kitabın, 1 tədris vəsaitinin və 3 səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi ilə bir neçə elmlər namizədi yetişmisdir.

2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017.

Mənbə

redaktə
  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İkram_Eyyubov&oldid=6476661"
LOVE.AZ