İksion ( q.yun. Ἰξίων, Ἰξίονος ; lat. Ixion ) — qədim yunan mifologiyasında personaj, Fleginin oğlu (ən çox yayılmış versiyaya görə), Fessaliyada lapiflərin və flegililərin tayfalarının padşahı. O, qədim yunan miflərinə görə, qohumunu öldürən ilk şəxsdir. Zevs İksionu tanrıların Olimpdəki ziyafətlərə qatılmasına icazə vermiş, lakin orada qəhrəman öz nankorluğunu və laqeydliyini nümayiş etdirmişdir. İksion Zevsin yoldaşı Heraya qarşı ehtiras hiss edirdi. Sonra Zevsin razılığı ilə İksiona verilən bulud ilahəsi Nefeladan Hera obrazı yaradılmışdır. İksion insanlara Zevsin arvadı ilə eşq macərası yaşadığı ilə öyünməyə başlayandan sonra tanrılar onu cəzalandırmışdılar.
İksion | |
---|---|
![]() | |
Cinsi | kişi[d][1] |
Atası | Ares[2][3] və ya Leontey |
Uşaqları | |
![]() |