İkuo Oyama (大山 郁夫, Oyama İkuo?, 20 oktyabr 1880 və ya 20 sentyabr 1880, Hyoqo prefekturası – 30 noyabr 1955[1], Tokio[1]) – Yaponiya müəllimi, jurnalisti və siyasətçisi. Demokratiya və sülh tərəfdarı olmuşdur.[2]
İkuo Oyama | |
---|---|
yap. 大山郁夫 | |
![]() | |
Doğum tarixi | 20 oktyabr 1880(1880-10-20) və ya 20 sentyabr 1880(1880-09-20) |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 1955(1955-11-30)[1] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | politoloq, siyasətçi |
Mükafatları |
![]() |
![]() |
1880-ci ildə Yaponiyanın Hyoqo prefekturasında Fukumoto ailəsinin ikinci oğlu kimi doğulmuşdur. 17 yaşında Oyama ailəsi tərəfindən övladlığa götürülmüşdür.[3] 1905-ci ildə Vaseda Universitetinin siyasət və iqtisadiyyat kafedrasından məzun olmuşdur.[4] Növbəti il universitetdə təlimçi kimi işləməyə başlamışdır.[3]
Çikaqo (1911) və Münxen (1913) universitetlərində sosiologiya təhsili almışdır.[5][4] Üç fərqli dövrdə Vaseda Universitetində professor olmuşdur: 1914–1917-ci illərdə dərs deyərkən fakültədəki bir həmkarının işdən çıxarılmasına etiraz etmək üçün istefa etmiş; 1920–1927-ci illərdə dərs deyərkən solçularla əlaqəsinə görə işdən çıxarılmışdır. 1947-ci ildə yenidən universitetdə dərs deməyə başlamışdır.[2]
İkuo Oyama "Osaka Asahi Shimbun" qəzetinin yazarı olsa da, 1918-ci ildə baş verən düyü üsyanlarından sonra hökuməti tənqid etdiyi üçün qəzetdən uzaqlaşdırılmışdır. Yaponiyanın Sibir müdaxiləsinə qarşı olmuşdur.[6] Hacime Kavakami kimi marksist intellektuallarla birləşərək 1919-cu ildə demokratiyanı dəstəkləyən "Warera" jurnalını təsis etmişdir. 1926-cı ildə proletar Əmək-Fermer Partiyasının qurulmasında vacib rol oynamışdır.[7] 1928-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində iştirak etsə də, seçilə bilməmiş və 1928-ci ilin aprelində partiya hökumət tərəfindən ləğv olunmuşdur. 1929-cu ilin noyabrında partiyanı yenidən quraraq partiyanın mərkəzi komitəsinin sədri seçilmişdir.[6][4] 1930-cu ildə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmişdir.[5]
1930-cu illərin əvvəllərində milliyətçi təşkilatlar və şəxslər Oyamanı təhdid etmişdirlər. 1932-ci ildə həyat yoldaşı ilə birlikdə ABŞ-yə miqrasiya etmiş, İllinoys ştatının Evanston şəhərində yerləşən Şimal-Qərb Universitetinin politologiya dekanlığında və kitabxanasında işləmişdir. 1947-ci ilin oktyabrında Yaponiyaya qayıtmışdır. 1950-ci ildə Yaponiya parlamentinin Müşavirlər palatasına seçilmiş, beynəlxalq sülh hərəkatlarında aktiv olmuşdur.[7] 1951-ci ildə Stalin Sülh Mükafatına layiq görülmüşdür.[5]