. Love.az

Il 14p Qezasi 1966 - Wikipedia - Love.az

Ana Səhifə - Il 14p Qezasi 1966

İl-14P qəzası — 23 aprel 1966-cı ildə baş vermiş təyyarə qəzası.[1]

İl-14P qəzası
Ümumi məlumatlar
Tarix
  • 23 aprel 1966-cı il
Yer Xəzər dənizi
Sərnişin sayı 28
Komanda 5
Yaralı sayı 0
Ölü sayı 33
Təyyarə
Təyyarə modeli İl-14P
Havayolu şirkəti Aeroflot
Qalxma yeri Bakı
İstiqamət Mahaçqala
Qeydiyyat nömrəsi SU2723

Həmin gün Binə hava limanından havaya qalxan İl-14P orta tutumlu sərnişin təyyarəsi Mahaçqalaya səfər edərkən qəzaya uğramışdır.[1] Uçuşdan 12 dəqiqə sonra Xəzər dənizi üzərində olarkən təyyarə ilə əlaqə kəsilmişdir.[1] Onun 23 aprel günü Xəzər dənizində müşahidə olunan çətin hava şəraitində qəzaya uğraması ehtimal olunur.[1] Belə ki, aparılan axtarış-xilasetmə işləri heç bir nəticə verməmiş və göyərtəsində 5 heyət üzvü və 28 sərnişin olan İl-14P təyyarəsi bu günə qədər tapılmamışdır.[1].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 Azərbaycanda baş vermiş dəhşətli təyyarə QƏZALARI - SİYAHI Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine. modern.az, 23.02.2015  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İl-14P_qəzası_(1966)&oldid=7997338"
LOVE.AZ