. Love.az

Ilan Qurbaga Ev - Wikipedia - Love.az

Ana Səhifə - Ilan Qurbaga Ev

İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub[1].

Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var[1]. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb[1]. Ancaq indi onların sayı əvvəlkindən azdır[1]. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil[1]. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb[1].

Həmçinin bax

redaktə
  • Butulkalı ev
  • Çaynikli ev

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Gəncənin qəribə və maraqlı evləri — FOTO. milli.az, 27.10.2013  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlan-qurbağa_ev&oldid=7897786"
LOVE.AZ