. Love.az

Ilandag Yasayis Yeri - Wikipedia - Love.az

Ana Səhifə - Ilandag Yasayis Yeri

İlandağ yaşayış yeri — Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, İlandağın şimal yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid yaşayış yeridir. Yerli əhali arasında bu abidə "Nəbi qalası" adlandırılır. Abidədə 1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır.

Qalanın ətrafı möhrədən tikilmiş divarlarla əhatə edilmişdir. Mədəni təbəqənin qalınlığı 0,5 m – dən 1 m-ə çatır. Yerüstü materiallar əsasən gil qab qırıqlarından (çəhrayı rəngli küpə, kasa tipli qablar) ibarətdir. İlandağ yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlandağ_yaşayış_yeri&oldid=6639401"
LOVE.AZ