Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (mart 2025) |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Əhmədov İlham Səmid oğlu (18 mart 1964, Nohurqışlaq, Qutqaşen rayonu) — Tibb elmləri doktoru, Professor, ATU-nun urologiya kafedrasının professoru.
İlham Əhmədov | |
---|---|
İlham Səmid oğlu Əhmədov | |
Doğum tarixi | 18 mart 1964(1964-03-18) (61 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
1964-cü il martın 18-də Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olmuşdur. 1981-ci il Nohurqışlaq orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1986–1992-ci illərdə Azərbaycan Tibb İnstitutu II müalicə-profilaktika fakültəsində ali təhsil almış, institutu "Lenin" təqaüdü ilə bitirmişdir.
1992–1999-cu illərdə Azərbaycan Tibb Universitetinin urologiya kafedrasında baş laborant, 1999–2013-cü illərdə assistent, 2013–2017-ci illərdə dosent, 2017-ci ildən isə həmin kafedrada professor vəzifəsində çalışır.