Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
İlham Qoca oğlu Əmirov (13 iyul 1958, Şuşa) ― Azərbaycan Respublikasının Əməkdar pilotu[1], Azərbaycan Hava Yolları QSC Vitse-Prezidenti[2] (2008-ci ildən)
İlham Əmirov | |
---|---|
Vəzifədədir | |
16 may 2008-ci ildən | |
Əvvəlki | Cahangir Əsgərov |
Sonrakı | Samir Rzayev |
"Azərbaycan Hava Yolları" Dövlət Konsernində Uçuşların Təhlükəsizliyi və nəzarət üzrə Baş İnspeksiyanın rəisi, "AZAL" Dövlət Konserninin Baş Direktorunun müavini | |
15 noyabr 1993 – 1 avqust 2007 | |
"AZAL" Milli Aviasiya Şirkəti direktorunun uçuş işinin təşkili üzrə müavini,
"AZAL" Dövlət Konserinin Baş Direktorunun uçuş işinin təşkili üzrə müavinin əmək funksiyasının icraçısı | |
1 avqust 2007 – 16 may 2008 | |
1994 – 2004 | |
2004 – 2024 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (66 yaş) |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Minsk Aviasiya-texniki məktəbi Kirovoqrad Ali Təyyarəçilik məktəbi |
Fəaliyyəti |
Əməkdar pilot Vitse-prezident |
|
|
Təltifləri | |
![]() |
İlham Əmirov 1958-ci il iyulun 13-də Şuşa şəhərində anadan olmuşdur.
İlham Əmirov 1965–1973-cü illərdə Yevlax şəhəri 5 nömrəli orta məktəbi, 1973–1975-ci illərdə isə Yevlax şəhəri 2 nömrəli tam orta məktəbi bitirmişdir.
1976–1979-cu illərdə Minsk (Belorusiya) aviasiya-texniki məktəbini Fərqlənmə diplomu ilə bitirmişdir və təyinatla 1979–1980-ci illərdə Tallin (Estoniya) şəhərinin aeroportunda avia-texnik vəzifəsində işləmişdir.
1980–1984-cü illərdə Leninqrad (Sankt-Peterburq) Mülki Aviasiya Akademiyasında qəbul imtahanlarını yüksək qiymətlə keçərək Kirovoqrad (Ukrayna) Ali Təyyarəçilik Məktəbinə göndərilib və oranı Fərqlənmə diplomu ilə bitirmişdir.
İlham Əmirov Mahirə adlı xanımla ailəlidir. Rəşad və Elşad adında 2 oğlu, İlham, Əmirxan, Rəşid adında isə 3 oğul nəvəsi var.
Oğlu Əmirov Rəşad 15.08.1991-ci ildə anadan olub. 2014-cü ildə Milli Aviasiya Akademiyasını bitirib, hal-hazırda Aerobus-319/320 təyyarəsinin 2-ci pilotudur və atasının davamçısıdır.
Kiçik oğlu Əmirov Elşad 26.10.1992-ci ildə anadan olub. 2014-cü ildə Milli Aviasiya Akademiyasını bitirib, Bakı aeroportunda "Biznes Aviasiya" şirkətində menecer vəzifəsində işləyir.