. Love.az

Ilham Memmedov Siyasetci - Wikipedia - Love.az

Ana Səhifə - Ilham Memmedov Siyasetci
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: İlham Məmmədov.

İlham Kazım oğlu Məmmədov (13 yanvar 1962, Yevlax) — Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V VI və VII çağırış deputatı.

İlham Məmmədov
Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V, VI və VII çağırış deputatı
Vəzifədədir
2005-ci ildən
Şəxsi məlumatlar
Doğum adı İlham Kazım oğlu Məmmədov
Doğum tarixi 13 yanvar 1962(1962-01-13) (63 yaş)
Doğum yeri
  • Yevlax, Yevlax rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Haqqında

redaktə

1962-ci il yanvarın 13-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

1986-cı ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasında sahə həkimi, həkim-endoskopist, şöbə müdiri, həkim-qastroenteroloq, 2001-ci ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında böyük həkim vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuşdur.

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədridir.

Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə komitələrin üzvü.

2024-cü il oktyabrın 8-də Azərbaycan - İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]

İstinadlar

redaktə
  1. ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.

Xarici keçidlər

redaktə
  • Milli Məclis saytda profili
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlham_Məmmədov_(siyasətçi)&oldid=8079707"
LOVE.AZ