. Love.az

Ilham Pirmemmedov - Wikipedia - Love.az

Ana Səhifə - Ilham Pirmemmedov

İlham Pirməmmədov — riyaziyyat üzrə elmlər doktoru (2010), professor, Əməkdar müəllim (2005).[1]

İlham Pirməmmədov
İlham Teymur oğlu Pirməmmədov
Doğum tarixi 1 iyul 1955 (69 yaş)
Doğum yeri Qazax, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→Azərbaycan Azərbaycan
Elmi dərəcəsi riyaziyyat üzrə elmlər doktoru (2010)
Elmi adı professor
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 20152015
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Mündəricat

  • 1 Həyatı
  • 2 Akademik fəaliyyəti
  • 3 Mükafatları
  • 4 Ailəsi
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

İlham Teymur oğlu Pirməmmədov 1 iyul 1955-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.[1] 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir.[2]

Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977–80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1980–84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında Nəzəri mexanika kafedrasında "Deformasiya olunan bərk cismlər mexanikası" ixtisası üzrə təhsil almışdır. 1984–1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-cu ildə Ali Təhsil Nazirliyinin Elm İdarəsinin nəzdində Elmi-pedaqoji Kadrların Hazırlanması şöbəsində baş inspektor vəzifəsində çalışmışdır.[3]

1993-cü ildə Ali Təhsil Nazirliyi ilə Maarif Nazirliyi birləşdirildikdən sonra yeni yaradılan Təhsil Nazirliyində Ali və orta ixtisas Təhsil İdarəsinin Ali təhsil şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş və eyni zamanda 1994-cü ildə yaradılmış və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış "Ali Təhsil müəssisələrinin rektorlar Şurası"nda məsul katib vəzifəsini icra etmişdir.[3]

İlham Pirməmmədov 1998-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində "Rəhbərlik yanında aparat"ın müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildən Nazirlər Kabinetinin sərəncamına əsasən Təhsil Nazirliyi Kollegiyasının üzvü olmuşdur. 2005-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsi təsis olunmuş və Pirməmmədov həmin vəzifəni icra etmişdir. 1998-2003-cü illərdə respublikada qanunsuz fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələrinin və xarici ölkələrin ali təhsil müəssisələrinin respublikada qanunsuz fəaliyyət göstərən filiallarının aşkar edilib onların fəaliyyətlərinin dayandırılması ilə bağlı yaradılan komissiyaya rəhbərlik etmişdir.[2]

1998-2013-cü illər Təhsil Nazirliyində aparat rəhbəri, 2013-2016-cı illər Təhsil nazirinin müşaviri vəzifələrində çalışmışdır. 2016-cı ilin yanvar ayından Təhsil nazirinin əmri ilə Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.[2]

Akademik fəaliyyəti

redaktə

İlham Pirməmmədov 1995-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.[2]

2010-cu ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında doktorluq dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi adını almışdır. 50-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, riyaziyyat və mexanika üzrə 10-dan çox dərslik və dərs vəsaitinin müəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.[3]

Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektor vəzifəsində çalışır.[4]

Mükafatları

redaktə

İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.[1] 2015-ci ilin aprel ayında Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşdür. [2]

Ailəsi

redaktə

Ailəlidir, iki övladı var.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Nur dəryası, Pir dünyası". sherg.az. 02.05.2015. İstifadə tarixi: 01.04.2025.
  2. ↑ 1 2 3 4 5 6 "Professor İlham Pirməmmədovun 65 yaşı tamam olur". Elm.info.Az | "ELM" İnformasiya Mərkəzi (rus). İstifadə tarixi: 2025-04-02.
  3. ↑ 1 2 3 "Şərəfli ömür yolu". ideologiya.az. 10.01.2021. İstifadə tarixi: 02.04.2025.
  4. ↑ "İlham Pirməmmədov AzTU-ya prorektor təyin edilib". zim.az. 14.12.2015. İstifadə tarixi: 01.04.2025.

Xarici keçidlər

redaktə
  • “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədovun 68 yaşı tamam olur.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlham_Pirməmmədov&oldid=8087861"
LOVE.AZ