. Love.az

Ilham Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Ilham Qehreman

İlham Qəhrəman (İlham Umud oğlu Qəhrəmanov; 24 aprel 1959, Sus, Laçın rayonu) — azərbaycanlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

İlham Qəhrəman
Doğum tarixi 24 aprel 1959(1959-04-24) (66 yaş)
Doğum yeri
  • Sus, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Maliyyə-İqtisad Kolleci
Fəaliyyəti şair, folklorşünas, publisist
Fəaliyyət illəri 1980-ci ildən
Tanınmış əsərləri
  • "Laçın folkloru"[d]
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi (–2025),
  • Dədə Ələsgər Ədəbi Məclisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Əsərləri
    • 3.1 Kitabları
    • 3.2 Tərtib etdiyi kitablar
  • 4 Mənbə
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

İlham Qəhrəman 24 aprel 1959-cu ildə Laçın rayonunun Sus kəndində anadan olub[1]. İbtidai və orta təhsilini Laçında alıb.

1983-cü ildə Bakı Maliyə-kredit texnikumunu fərqlənmə diplomu ilə bitirib və mühasib ixtisasına yiyələnib[2]. Oxuduğu zaman Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Təyinatı Bakıda Material Ehtiyatları Komitəsinə ("Qossnab") verilmiş, ordan da "Azərtəchizkom"a (Azersnabsbıt) göndərilmiş, böyük iqtisadçı vəzifəsində çalışmışdır[3].

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür[1]. Laçın seçki dairəsindən deputatlığa namizəd olmuşdur[2].

2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunub.

Evlidir, üç övladı var.

Yaradıcılığı

redaktə

Ədəbiyyata 1980-ci illərdə gəlib. 1986-cı ilin oktyabrında Yusif Səmədoğlunun dərkənarı ilə "Ulduz" jurnalının "Səməd Vurğun nömrəsi"ndə bir şeiri çap olunmuşdur[2].

1991-ci ildən sonra şeirləri "Səs", "525-ci qəzet", "Rezonans", "Azadlıq", "Yeni müsavat" qəzetlərində, "Ulduz" və "Azərbaycan" jurnalında vaxtaşırı çap olunmuşdur[2].

Çağdaş şerimizin sayılıb-seçilən nümayəndələrindən olan və lirik şair kimi tanınan İlham Qəhrəmanın onlarla kitabı nəşr olunub. Bundan başqa şairin İran İslam Respublikasında ərəb əlifbasıyla Azərbaycan dilində "Əsir dağlar" (2009, Tehran) və "Məni bizə gətir" (2017, Təbriz) adlı kitabları çap edilmişdir.

Bundan başqa regional folklor seriyasından "Laçın folkloru" və "Laçın lətifələri" kitablarını da İlham Qəhrəman toplayıb tərtib etmişdir.

Onun 2004-cü ildə Bakıda yayımlanan "İlham qapısı" kitabında isə müxtəlif illərdə fərqli sənət sahəsinin təmsilçiləri – şairlər, yazıçılar, rəssamlar, tənqidçilər, bəstəkarlar, jurnalistlərlə etdiyi söhbətlər toplanmışdır.

Cinas ustadı kimi tanınan Sarı Aşığın "Gül dəftəri" kitabı da İlham Qəhrəmanın qədrdanlığının nəticəsində 14 il ərzində o taylı-bu taylı Azərbaycanda toplanıb tərtib edilmişdir. 1000-ə yaxın bayatı, 8 şeir, bağlama-tapmacalar və Aşıqla bağlı rəvayətlərin yer aldığı kitabda cinaslar düzgün tərtib edilmiş, çətin söz və yer adlarının izahı verilmişdir. "Gül dəftəri" artıq 2 dəfə çap olunmuşdur.

İlham Qəhrəman bir tərcüməçi kimi klassik yapon hayku ustalarından Tiyö, İssa və Buson yaradıcılığından haykuları dilimizə çevirmişdir.

İlham Qəhrəman çoxəsirlik folklor ənənələriylə sıx bağlılıq, canlı xalq danışıq dili elementlərindən yaradıcı bəhrələnmə, orijinal bədii təsvir və ifadə vasitələri İlhamın ictimai-siyasi mövzulu, yurd həsrətli, məhəbbət duyğulu şeirlərinin yadda qalan özəllikləridir.

O, çağdaş şeirimizdə istər siyasi, istərsə də sevgi lirikasının ən maraqlı nümunələrinin müəllifi kimi tanınır.

Əsərləri

redaktə

Kitabları

redaktə
 
  • "Gülüm yarpıza döndü" (şeir), Bakı, 1999
  • "Ağlama ququşu" (şeir), Bakı, 2002
  • "İlham qapısı", Bakı, 2004
  • "Ey dil" (şeir), Bakı, 2006
  • "Laçın folkloru" Bakı: "Adiloğlu", 2009. 236 səh.
  • "Əsir dağlar" (şeir), Tehran: 2009
  • "Laçın lətifələri" (folklor), Bakı: "Ol" MMC, 2014.[1].
  • "Sevgi durna çırağıdır" (şeir), Bakı: "Ol" MMC, 2014.[1].
  • "Məni bizə gətir" (şeir), Təbriz (İİR), 2017
  • "Ağlama, qələm eşidir" (şeir), Bakı: "Qanun", 2018
  • "Şairin vətəni sevgidir" (şeir), Bakı, Qanun, 2019
  • "Bir adamlıq şəhər" (şeir), Bakı, Qanun, 2022
  • "Ulduzlu gecə" (şeir), Tbilisi, "Merani", 2023. 152 səh. (gürcü dilinə çevirəni: Bağatur Arabuli)[4]
  • "Laçın lətifələri" (El kitabı). Bakı, "Qanun", 2024, 176 səh. ISBN 978-9952-38-859-6
  • "Dəyirmanın su dərdi" (bayatı). Bakı: "Qanun", 2024
  • "Qəmin eşqi" (şeir), Bakı, "OL" MMC, 2025
  • "Laçın folkloru" ikinci nəşr, Bakı, "OL" MMC, 2025

Tərtib etdiyi kitablar

redaktə
  • "Dəyirmanın alt daşı" Bakı: "Vektor" Nəşrlər Evi, 2009 (Cənub şairlərinin şeirləri, Mənuçehr Fəzli Xələf (Azərelli), Şərifə Cəfəri, Məhəmməd Əhmədi, Ədalət Duman)
  • Sarı Aşıq. Gül dəftəri. Bakı: "Adiloğlu", 2011.[5]
  • Sarı Aşıq. Gül dəftəri. Bakı: "Qanun" nəşriyyatı 2018. (təkrar nəşr)
  • Aşıq Alı. "Nə qaldı". Bakı, "Qanun" nəşriyyatı, 2020, 400 s.
  • "Laçın-100 Ədəbi Antologiya", Bakı, "Alatoran", 2024, 494 s. İSBN 978-9952-8510-3-8
  • Aşıq və xanəndələrin repertuarında tez-tez səslənən "Zəngəzur butası" aşıq havasının sözləri İİlham Qəhrəmana, ritmi isə şairin anası mərhum Səlbi xanıma məxsusdur. İlham Qəhrəman bu haqda aşıq Çingiz Mehdipura məlumat vermiş o isə havanı aranjiman etmişdir. Havanı ilk dəfə H.Əliyev sarayında aşıq Xatirə Məhəmmədxanlı və aşıq Nazim Quliyev dueti ifa ediblər. Daha sonra müğənni Ayşən Mehdiyeva havaya müraciət edərək reperetuarına daxil edib.

Mənbə

redaktə
  • "Kitab rəfi", "Laçın yurdu" jurnalı, № 1 (12), Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2014. səh.88.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 "Media forum". "İlham Qəhrəmanın iki yeni kitabı işıq üzü görüb" (az.). mediaforum.az. 2014-03-18 - 13:00:00. 2015-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19-03-2014.
  2. ↑ 1 2 3 4 Faiq Balabəyli. "Şeirlərimi "bəh-bəh"lə götürüb, siyirməyə atırdılar" (az.). axar.az. 5 Aprel 2014 [19:00]. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-06.
  3. ↑ Fəxri Uğurlu. ""Sən indi İlham Qəhrəmanla yox, Qəhrəmanov İlhamla söhbət eləyirsən"" (az.). mediaforum.az. 2014-04-30 - 13:26:00. 2014-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-01.
  4. ↑ "İlham Qəhrəmanın "Ulduzlu gecə"si Gürcüstanda". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-03.
  5. ↑ Uğur. Sarı Aşığın "Gül dəftəri": [Atatürk Mərkəzində Sarı Aşığın eyniadlı kitabının (toplayanı İlham Qəhrəmandır) təqdimatı] //Xalq cəbhəsi.- 2012.- 31 yanvar.- S. 14.

Xarici keçidlər

redaktə
  • ""Gərək boş qalaydı Həvvanın şumu, Gərək əkməyəydi Adam dediyin..." (Şeirlər)" (az.). mediaforum.az. 2014-04-22 - 17:46:00. 2014-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23-04-2014.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlham_Qəhrəman&oldid=8134377"
LOVE.AZ