. Love.az

Ilhamiyye Rzayeva - Wikipedia - Love.az

Ana Səhifə - Ilhamiyye Rzayeva
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

İlhamiyyə Faiq qızı Rzayeva (26 mart 1967, Qazax rayonu) — azərbaycanlı jurnalist, televiziya aparıcısı, prodüser, rejissor.

İlhamiyyə Rza
Doğum tarixi 26 mart 1967(1967-03-26) (58 yaş)
Doğum yeri
  • Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
  • Həmid Herisçi
Fəaliyyəti jurnalist

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Filmoqrafiya
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

26 mart 1967-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1984-cü ildə həmin məktəbi bitirib.

Həmin ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən "Молодежь Азербайджана" qəzeti ilə ştatdankənar müxbir olaraq əməkdaşlıq edib.

1989-cu ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında işə qəbul edilir. Xəbərlər redaksiyasında müxbir kimi çalışıb. Sonralar ABA TV, Lider TV, Space TV ("Gecə kanalı" verilişi) telekanallarında çalışıb. ANS TV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısı olmuşdur. Hal-hazırda AzTV-də "Nəzər nöqtəsi" verilişinin aparıcısıdır.

Yazıçı, şair, publisist Həmid Herisçinin həyat yoldaşıdır. Bir övladı var.

Yaradıcılığı

redaktə

"Gündəlik Azərbaycan", "525", "Azadlıq", "Bizim Yol", "Zerkalo" qəzetlərində məqalələri dərc olunub. 100-dən artıq məqalə müəllifidir. Azərbaycan Media Mərkəzi İdarə Heyətinin sədridir. Həsən bəy Zərdabi adına Jurnalistika Milli Mükafatına layiq görülmüşdür. Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür.

Hazırda müstəqil ekspert jurnalist kimi fəaliyyət göstərir. "SOS" uşaq kəndləri Azərbaycan Assosiasiyasında fandreyzinq və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır.

"Gecə kanalı" adlı bir kitabın müəllifidir.[1]

Filmoqrafiya

redaktə
  1. Ağ dünya (film, 1995)
  2. Bala-başa bəla! (film, 1995)
  3. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  4. Fatehlərin divanı
  5. Körpü (film, 2003)
  6. Qayalarda qalan səs (film, 1995)
  7. Qayıdış… (film, 1996)
  8. Nigarançılıq (film, 1998)
  9. Ömürdən uzun gecə (film, 1996)
  10. Salur Qazanın evi talandığı boy (film, 2001)
  11. Yaşıl eynəkli adam-2 (film, 1999)
  12. Yurd yeri 2

Həmçinin bax

redaktə
  • Kim zəngin olmaq istəyir? Milyonların Şousu (televeriliş, 2002)

Xarici keçidlər

redaktə
  • TELEJURNALİSTİN TELEŞİRKƏTƏ QARŞI İDDİASINA BAXILIB [ölü keçid]
  1. ↑ Gece kanalı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlhamiyyə_Rza&oldid=7955543"
LOVE.AZ