Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
[1]İlkin ictimai təklif (ing. dilindən IPO — Initial Public Offering) — özəl şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi prosesinə deyilir. Bu zaman özəl şirkətin səhmləri institusional və adətən fərdi investorlara satılır. Səhmlərini ictimaiyyətə təklif edən şirkət, bununla kapital toplaya bilir. Bu, cari özəl investorların sahib olduğu şirkət payını asanlıqla satmağa və beləliklə gəlir əldə etməyə imkan yaradır[2].
İlk müasir IPO, 1602-ci ilin mart ayında Hollandiyanın Ost-Hind şirkəti, kapitalın artırılması üçün səhmlərini cəmiyyətə təqdim etməsi ilə baş vermişdir. Ost-Hind şirkəti geniş ictimaiyyətə istiqrazlar və səhmlər buraxan ilk şirkət oldu. Beləliklə Ost-Hind, rəsmi birjada indiyədək siyahıya alınan ən birinci şirkətdir. ABŞ-də ən birinci ilkin ictimai təklif keçirdən şirkət, 1783-cü il tarixində Bank of North America olub[3].
IPO bir neçə məqsəd daşıya bilər və bunların əhəmiyyəti hər hansı bir konkret haldan asılı olaraq dəyişir:
IPO keçirtdikdən sonra şirkət, illik hesabatlarını açıq və şəffaf şəkildə ictimaiyyətə təqdim edir.
İlkin ictimai təklif keçirtmək üçün, şirkət səhmləri satış üçün hazırlanmalı, buna maraq göstərə biləcək tərəflər tapılmalı və əsasən maliyyə açıqlamaları hazırlanmalıdır. Bunların əksəriyyəti, geniş ictimaiyyəti saxta şirkətlərdən səhm almaqdan qorumaq üçün mövcuddur[4].
Bu addımlar yerinə yetirildikdən sonra səhmlər satışa çıxarılır.
Səhmlərin satışından əldə olunan gəlir şirkət və onun anderrayteri arasındakı razılığa bağlıdır. Şərtsiz öhdəlik razılığı olduğu halda, IPO-da satılan hər bir səhm üçün pulun hamısı anderraytinq bankına keçir. Əgər tərəflər arasında maksimal səy razılaşması olubsa, şirkət və səhmdarlar pulu birbaşa alırlar[4].
Bir qayda olaraq, ilkin ictimai təklif, aşağıdakıların iştirakı ilə həyata keçirilir:
Aşağıdakı siyahıda göstərilən rəqəmlər, IPO zamanı səhm satışlarından əldə olunan maliyyədir. Bu, şirkət dəyərlərinin yalnız bir hissəsidir[6]: